07 Fevral 2026 18:53
1790
İQTİSADİYYAT
A- A+
Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  


Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” Azərbaycan nümayəndə heyəti Milli Aviasiya Akademiyasında (MAA) görüş keçirib. Görüş çərçivəsində Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumlara əsasən tərəflər elmin müvafiq sahələrinin inkişafı məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsi, elmi işlərin hazırlanması zamanı qarşılıqlı rəy mübadiləsi, birgə tədris planlarının hazırlanması, müxtəlif mövzularda təlimlərin və elmi konfransların təşkili, həmçinin tələbələrin könüllülük və təcrübə proqramlarına cəlb olunması istiqamətində əməkdaşlıq edəcəklər.

Tədbiri açan Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov MAA-nın fəaliyyəti, strukturu və inkişaf mərhələləri barədə ətraflı məlumat verib. O, Akademiyada təhsil alan tələbələrin müasir bilik və bacarıqlarla yiyələnməsi istiqamətində görülən işlərdən, tətbiq olunan innovativ texnologiyalardan, eləcə də yeni quraşdırılmış, uçuşları tam imitasiya edən simulyatorlar və həyata keçirilən infrastruktur layihələrindən bəhs edib.

Daha sonra çıxış edən Milli Aviasiya Akademiyasının sosial və iqtisadi məsələlər üzrə prorektoru Gülnarə Əhmədova MAA-nın rektoru akademik Arif Paşayevin Azərbaycan elminin, xüsusilə mülki aviasiya sahəsinin inkişafındakı mühüm xidmətlərindən danışıb. O bildirib ki, “Tələbə Plus” layihəsi Akademiya üçün xüsusi əhəmiyyət daşıyır: “Bu layihə vasitəsilə bir sıra proseslər optimallaşdırılır və əvvəllər ayrı-ayrılıqda icra olunan işlər mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Sözügedən kart həm MAA-ya giriş-çıxış sistemini təmin edir, həm də tələbə kartı funksiyasını yerinə yetirir”.

“Bir ekosistemi”nin və “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov isə Akademiya ilə əməkdaşlığın bankın gələcəyə baxışını daha da gücləndirdiyini vurğulayıb: “Bu gün imzaladığımız memorandum əməkdaşlığımızı yeni mərhələyə yüksəldir. Biz istəyirik ki, tələbələriniz sabahın mütəxəssisləri kimi yetişərkən bizim ekosistemin imkanlarından, təcrübə proqramlarımızdan və layihələrimizdən maksimum faydalansınlar”.

Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə barədə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, “Tələbə Plus” layihəsinin əsas məqsədi tələbələri dəstəkləmək, onların sosial rifahını yaxşılaşdırmaq və təhsillərinə daha çox vaxt ayırmaları üçün əlverişli şərait yaratmaqdır. Onun sözlərinə görə, Milli Aviasiya Akademiyasının layihəyə qoşulması ilə bu təşəbbüsə daxil olan ali təhsil müəssisələrinin sayı 27-yə çatıb, layihədən faydalanan tələbələrin sayı isə 200 mindən çox olub.

İmzalanma mərasimindən sonra qonaqlar Milli Aviasiya Akademiyasının infrastrukturu ilə tanış olub, Texnoritm mərkəzində həyata keçirilən elmi layihələrə baxış keçiriblər. Burada hazırlanan pilotsuz uçuş aparatları, müxtəlif təyyarə modelləri və aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib. Onlar yeni yaradılan laboratoriya kompleksləri və Təlim Mərkəzində yerləşən simulyatorlarla da tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti növbəti iki gün də davam edəcək – XƏBƏRDARLIQ  

16:09
23 Oktyabr

Fövqəladə hallar naziri Qaxda vətəndaş müraciətlərini dinləyib  

16:01
23 Oktyabr

“Azəriqaz”ın baş direktoru Ağcabədi rayonunda vətəndaşlarla görüşüb  

15:57
23 Oktyabr

Rusiyadan ABŞ-yə ilk dizel yanacağı tankeri yola salınıb

15:48
23 Oktyabr

YAP-ın İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası olub  

15:37
23 Oktyabr

Kreml: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları Əbu-Dabidə keçiriləcək  

15:25
23 Oktyabr

Ukrayna qoşunları Rusiya ordusunun bir neçə obyektinə zərbələr endirib  

15:17
23 Oktyabr

MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək  

15:15
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

15:10
23 Oktyabr

Energetika naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:07
23 Oktyabr

“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində ikitərəfli görüşlər olub

15:04
23 Oktyabr

D.Tramp ABŞ-də neft hasilatını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə saldı

14:42
23 Oktyabr

Parlament aqrar sahə ilə bağlı bir sıra qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqləyib  

14:37
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!