Məzənnə sabitdir
Ötən il Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurların bir səbəbi də milli valyuta olan manatın kursunun sabit qalmasıdır. Əslində bu iki amil (iqtisadi inkişaf və milli valyutanın kursu) bir-birini tamamlayır. Yəni iqtisadi inkişaf olmayan yerdə sabit milli valyuta, sabit milli valyuta olmayan yerdə iqtisadi inkişaf mümkün deyil.
Azərbaycanın dinamik iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirilən tədbirlər, eləcə də ölkədə çoxsaylı mühüm layihələrin reallaşması istiqamətində görülən işlərin külli miqdarda vəsait tələb etməsinə, başqa sözlə desək, dövriyyəyə külli miqdarda vəsait buraxılmasına baxmayaraq, bank sisteminin dəqiq işləməsi və səmərəli nəzarət sayəsində manat dünyanın aparıcı valyutalarına nisbətdə nəinki sabit qalmış, hətta öz dəyərini bir qədər də möhkəmləndirmişdir.
Ümumiyyətlə, 2018-ci ildə Azərbaycan manatı dünyanın ən sabit valyutalarından biri olmuşdur. Milli valyutamız ötən il ərzində türk lirəsinə qarşı 29, İran realına qarşı 3, Ukrayna qrinasına qarşı 2, Gürcüstan larisinə qarşı 4, Qazaxıstan təngəsinə qarşı 16, Rusiya rubluna qarşı 18, Çin yuanına qarşı 6, ABŞ dollarına qarşı 1 və avroya qarşı 5 faiz bahalaşmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!