02 Noyabr 2022 04:02
466
CƏMİYYƏT
A- A+
"Məzarınız tutulub min çələngə, min gülə"

"Məzarınız tutulub min çələngə, min gülə"

 

Tarixə 44 günlük müharibə kimi düşmüş Vətən savaşından artıq iki il ötür. İndi hər yerdə bu müharibənin hər günü anılır, xalqımız olub-keçənləri sanki yenidən yaşayır. 
Yolumuz şəhid Rauf Süleymanovun böyüyüb boya-başa çatdığı Neftçala rayonunun Abasallı kəndinə, bir vaxtlar şəhidimizin yaşadığı evədir. Kənd qəbiristanlığından təxminən 400-500 metr kənarda - Kür çayı sahilinə yaxın ərazidə yerləşən evin həyət darvazasından Azərbaycan bayrağı asılmışdır. Deməli, ünvana düz gəlmişik. Ehmalca qapını döyürük. Qapının o üzündən mülayim bir səs gəlir: "Kimdir? Gəlirəm". Qapı açılır. Bir az da ehtiyatlanaraq: "Bağışlayın, şəhid Rauf Süleymanovun evidir" - deyə soruşuruq. "Buyurun içəri, buradır". 
İçəri keçirik. Həyətdə səliqə ilə stol-stullar qoyulub. Evə bu ərəfələrdə gəlib-gedənlərin daha çox olduğu hiss edilir. Ananın təklifi ilə əyləşirik. Ortaya sükut çökür. Nəhayət, toparlanıb xahiş edirik ki, oğlu Rauf haqqında danışsın. Ortaya yenə sükut çökür. Hiss olunur ki, yaddaşını, xatirələrini vərəqləyir. Sonra kövrək səslə: "Yoldaşları kimi adi uşaq idi, mehriban, sakit. Dava-dalaşla işi olmazdı. Dərslərini oxumaqla bərabər, ev işlərində bizə kömək edərdi. Həyət-baca, mal-qara hamısı onun öhdəsinə düşmüşdü. Atası neftçi olduğundan  Kürsəngidəki neft mədənlərinə səhər gedib axşam gələrdi. Orta məktəbi bitirib əsgərliyə getdi. Ondan əvvəl - hələ orta məktəbdə oxuyarkən deyirdi ki, mən hərbçi olacam. Dediyini də etdi. Əsgərliyini başa vurandan sonra orduda qaldı. Müddətdən artıq xidmətdə olarkən ona təklif etdik ki, gəl səni evləndirək. Hansı qızı istəyirsənsə, qapısına elçi düşək. Bir gün xəbər tutduq ki, Natəvan adlı tibb bacısı ilə evlənib. Biz də bir valideyn kimi xeyir-dua verdik. Lakin çox təəssüf ki, 11 il  övladları olmadı, bir yadigarı qalmadı", - deyir. 
Sücaət xanımın baxışları yenə məchul bir nöqtəyə zillənir, gözləri dolur: "Neyləmək olar, bu da bir alın yazısıdır. Yeganə təsəllimiz odur ki, Vətən yolunda, torpaq uğrunda şəhid olub. Allah ermənilərin bəlasını versin. Yenə dinc durmurlar. "Sirkə nə qədər tünd olsa, öz qabını çartladar" deyiblər. İnşallah belə də olar. Görünür, onlar özləri üçün nəticə çıxarmayıblar".
Söhbətimizi davam etdiririk. Bir gəlin çay gətirir. "Oğlum Cavadın yoldaşıdır. Özü işdədir. "Salyan Oyl"da işləyir. Rəhmətlik kişi pensiyaya çıxanda onu öz yerinə işə düzəltdi". Bu zaman neçə övladının olduğunu soruşuruq. "İki oğlum, bir qızım var. Dediyim kimi, böyük oğlum Cavad neftçidir. Qızım Əfsanə Neftçalanın Dördlər kəndində gəlindir. Lap kiçiyim Rauf idi", - deyir. 
- Yaxşı, Cavadla necə əlaqə saxlaya bilərik, mobil telefonunun nömrəsini deyə bilərsiniz? 
Sücaət xanımın gəlini həyat yoldaşının nömrəsini yığır, onunla danışmaq istədiyimizi deyir. Sonra telefonu bizə verir. Salamlaşıb qardaşı Raufla bağlı xatirələrini bizimlə bölüşməyini  xahiş edirik. 
"Nə deyə bilərəm? Ondan 5 yaş böyüyəm. Yadıma uşaqlıq, yeniyetməlik illəri düşür. Bizim orta məktəbdə oxuduğumuz illərdə Birinci Qarabağ müharibəsi təzəcə qurtarmışdı, daha doğrusu, atəşkəs əldə olunmuşdu. Abasallı kəndi 3 oğlunu -  Həsən Əliyev, Əlibala Abdullayev və Mirzə Nağıyevi qurban vermişdi. Kənd yerində, demək olar ki, hamı bir-biri ilə qohum-əqrəbadır. Odur ki, heç kəsin üzü gülmürdü. Torpaqlarımızın işğal olunması, üstəlik, şəhid verməyimiz hamını kədərləndirirdi. Oxuduğumuz məktəbə şəhid Həsən Əliyevin adı verilmişdi. Məktəbimizdə onların hər birinin xatirəsinə məlumat xarakterli fotolövhə düzəldilmişdi. Hər gün dərs fasiləsi zamanı Rauf gəlib onun qarşısında dayanardı. Kim bilir, bəlkə də, bütün bunlar, nə vaxtsa onların qisasını almaq, mənfur düşmənə bəslədiyi nifrət duyğusu qardaşımı hərbçi etdi.  Ayrı-ayrı hərbi hissələrdə çavuş kimi fəaliyyət göstərdi. İldə bir dəfə ən çoxu 10 günlüyə kəndə gələr, gəlişi ilə ata-anasını, bizi, qohum-qonşuları sevindirərdi. İşindən, hərbdən bir kəlmə danışmazdı. Axırıncı dəfə 2020-ci ilin avqust ayının 23-də bir-iki gün idi gəlmişdi. Zəng edib təcili olaraq hərbi hissəyə qayıtması tapşırığını aldı. Tez yığışıb geri qayıtdı. Bu, sonuncu  görüşümüz oldu. Dəfnində iştirak edən zabitlər qeyd etdilər ki, Rauf igidliyi, cəsurluğu dastana dönmüş xüsusi təyinatlı ordu sıralarında xidmət edirmiş. Xüsusi döyüş hazırlığına görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Qüsursuz xidmətə görə" medalları ilə təltif olunmuş, xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılmışdı. 2019-cu ilin noyabr-dekabr aylarında Türkiyədə Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbi və Təlim Mərkəzində keçirilən nişançı (snayper) kursunda iştirak etmişdi. Sonradan eşitdik ki, sərrast atıcı olan qardaşım döyüşlər zamanı 60 erməni öldürmüşdür", - deyə Cavad bildirir.
Təəssüf ki, Rauf Süleymanov Cəbrayıl istiqamətində gedən qızğın döyüşlərdə - oktyabrın 5-də düşmən gülləsinə tuş gələrək şəhid olur. Həmin günün ertəsi dədə-baba yurdu - Neftçala rayonunun Abasallı kəndində torpağa tapşırılır. Heyif ki, Vətən müharibəsinin sevincini - qələbə gününü, Zəfər bayramını görmək ona qismət olmadı. Əvəzində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 15 və 24 dekabr 2020-ci il tarixli sərəncamları ilə çavuş Rauf Allahverdi oğlu Süleymanov "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə " medalları ilə təltif edildi. 
Payız günəşi yavaş-yavaş qüruba enir. Sücaət xanımla sağollaşıb geri dönürük. Kənddən çıxarkən şəhidin qəbrini ziyarət edirik. Allah sizə rəhmət eləsin. Göstərdiyiniz qəhrəmanlıqlar sayəsində torpaqlarımız yağı düşmən tapdağından azad olmuşdur. Siz millətimizin başını uca, alnını açıq etdiniz. Siz Azərbaycanın ən şanlı, şərəfli tarixini yazdınız. 

Siz yazdınız millətin tarixini qan ilə, 
Sinənizdə yurd saldı yurda atılan güllə. 
Məzarınız tutulub min çələngə, min gülə. 
Tərsiniz çiçək kimi, həmişə baharsınız, 
Azərbaycan köksündə həmişə yaşarsınız. 

Seyran CAVADOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!