21 İyul 2026 16:54
310
DÜNYA
A- A+
Məsud Pezeşkian İranın daxilində danışıqlarla bağlı yanlış şərh verənləri tənqid edib

Məsud Pezeşkian İranın daxilində danışıqlarla bağlı yanlış şərh verənləri tənqid edib

İran Prezidenti Məsud Pezeşkian Tehranda sənayeçilərlə keçirilən tədbirdə cari məsələlərlə bağlı açıqlamalar verib.

AZƏRTAC “Anadolu” agentliyinin İrandakı müxbirinin məlumatına istinadla xəbər verir ki, danışıqlar haqqında şərh verən səriştəsizləri tənqid edən Pezeşkian bildirib: “Danışıqlar haqqında açıqlamalar və qeyri-dəqiq iddialar nailiyyətləri azaldır. Birlik və həmrəylik cəmiyyətin ən vacib komponentləridir. Həddindən artıq radikal açıqlamalar ilə göstərilən səyləri görməzdən gələ bilmərik”.

Pezeşkian, həmçinin danışıqların işıqlandırılması ilə bağlı tez-tez tənqid etdiyi dövlət televiziyası haqqında da danışıb.

Dövlət televiziyasının danışıqları senzura etdiyini vurğulayan İran Prezidenti deyib: “Dövlət televiziyası Ali Liderin bəyanatlarının yalnız danışıqlarla əlaqəsi olmayan hissələrini yayımlayır. Lakin Ali Liderlə şəxsi görüşümüzdə o, bu vəziyyətin (nə müharibə, nə də sülh) bitməli olduğunu vurğulayıb. Məhz buna görə də danışıqlara başladıq. Diplomatik vasitələrimiz İran xalqının hüquqlarını pozmayacaq”.

Pezeşkian, həmçinin qeyd edib ki, düşmənlər ölkədə daxili repressiyaları artırmaq və sosial birliyi sarsıtmaq üçün genişmiqyaslı müharibəyə başlayıb, lakin istehsalçıların və sənayeçilərin səyləri sayəsində onlar bu məqsədə çata bilməyiblər və müharibə əvəzinə dialoqa müraciət etmək məcburiyyətində qalıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konfrans Liqası: "Neftçi" Belarus klubuna uduzub

22:18
22 İyul

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqlarla bağlı qurumlararası iclas təşkil olunub  

21:10
22 İyul

Bakıda Milli Mətbuat Günü qeyd olunub

20:15
22 İyul

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb

19:56
22 İyul

Çex Respublikasının “Agrofert” Şirkətlər Qrupu ilə əməkdaşlıq imkanları müzakirə edilib

19:23
22 İyul

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır

19:07
22 İyul

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

17:51
22 İyul

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edilib

17:36
22 İyul

Prezident Kitabxanasında Milli Mətbuat Günü münasibətilə kitab sərgisi açılıb

17:26
22 İyul

Agentlik: 121 mindən çox uşağın 1-ci sinfə qəbulu rəsmiləşdirilib

17:13
22 İyul

Beynəlxalq axtarışda olan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

17:09
22 İyul

Milli Məclisin sədri ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

16:51
22 İyul

SOCAR və “Wood Mackenzie” qlobal enerji gündəliyinə dair fikir mübadiləsi aparıb

16:48
22 İyul

Özbəkistanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

16:14
22 İyul

Azərbaycanda uşaq mallarının təhlükəsizlik göstəricilərinə nəzarət gücləndiriləcək

16:00
22 İyul

Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib

15:29
22 İyul

Dünya bazarında taxılın qiyməti artıb

15:13
22 İyul

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

14:20
22 İyul

Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur  

14:01
22 İyul

Azərbaycanın bəzi yerlərində temperaturun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ  

13:59
22 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb  

13:48
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!