29 Oktyabr 2019 15:52
638
DÜNYA
A- A+
Məşhur Everest, Monblan və Kilimancaro dağ zirvələrində buzlaqlar sürətlə əriyir

Məşhur Everest, Monblan və Kilimancaro dağ zirvələrində buzlaqlar sürətlə əriyir



Qlobal istiləşmə And və Alpdan tutmuş Himalay və Tibetə qədər dünyanın ən yüksək dağ zirvələrində buzlaqların sürətlə əriməsinə gətirib çıxarır. Axı məhz bu buzlaqlar planetin sakinlərinin rifahının, kənd təsərrüfatının, sənayenin və gəmiçiliyin inkişafının asılı olduğu bir çox iri çaylar üçün şirin su mənbəyidir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu və digər məsələləri bu gün Cenevrədə keçiriləcək Dünya Meteorologiya Təşkilatının (DMT) yüksək dağlıq rayonlar üzrə sammitinin iştirakçıları müzakirə edəcəklər. Sammitdə dünyanın müxtəlif ölkələrindən 150-yə yaxın nümayəndə iştirak edəcək. Onlar daha çox sürüşmələrdən, qar uçqunları və daşqınlardan əziyyət çəkən və artıq bu gün şirin su çatışmazlığı ilə qarşılaşan yerli sakinlər və dağlar üçün iqlim dəyişikliyinin fəsadlarını təhlil edəcəklər. Sammit iştirakçıları təhlükəli təbii fəlakətlərin azaldılması yollarını, həm yüksək dağ rayonlarında, həm də aranlıqda qlobal istiləşməyə adaptasiyanı öyrənəcəklər. Yüksək dağlıq regionlarda hidrometeoroloji proqnozların yaxşılaşdırılmasına nail olmaq görüşdə qarşıya qoyulan vəzifələrdən biridir.

Dağlıq regionlar Yer kürəsi səthinin təqribən dörddəbirini təşkil edir. Həmin ərazilərdə 1,1 milyarda yaxın insan yaşayır. Bu regionları çox vaxt "dünyanı su ilə təchiz edən qüllələr” adlandırırlar. Axı dağlarda yerləşən çay hövzələrinin yuxarı axarı bəşəriyyətin yarıdan çoxunu şirin su ilə təmin edir. Bu xüsusda planetimizin "üçüncü qütbü” kimi tanınan Himalay-Hinduquş və Tibet dağlıq rayonları böyük rol oynayırlar.

DMT ekspertləri xatırladır ki, dağlıq kriosfer – buzlaqlar, qar və daimi donuşluq qlobal istiləşmənin mənfi təsirini özündə daha çox hiss edir. Bu isə içməli su təminatında, ərzaq sabitliyində çətinliklər yaradır, çay gəmiçiliyinin işini mürəkkəbləşdirir. Artıq bu gün iqlim dəyişmələrinin fəsadları Everest, Monblan və Kilimancaro kimi məşhur dağ zirvələrində aşkar görünür.

"Buzlaqların əriməsi, buz və qar qatının nazikləşməsi – bütün bunlar iqlim dəyişmələrinin daha çox nəzərəçarpan əlamətləridir. Son iki onillikdə iri buzlaqların 31-də ərimə prosesi sürətlənib”, - deyə DMT-nin Baş katibi Petteri Talas bildirib.

DMT ekspertləri xəbərdarlıq edirlər ki, içməli su problemi təkcə yüksək dağlıq regionların əhalisinə deyil, həm də çayın aşağı axınında yerləşən sakinlərə də aid edilir. Onlar, həmçinin qeyd edirlər ki, ölçüsünə görə kiçik olan buzlaqlar istixana qazları tullantılarının yüksək səviyyəsi müşahidə edildiyi halda, məsələn, Avropada, Afrikanın şərq hissəsində və İndoneziyada 2100-cu ilədək özünün indiki çəkisinin 80 faizini itirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!