Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahəsində aparılan işlər müzakirə edilib, məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub.
Sosial islahatların məşğulluq sahəsini də geniş şəkildə əhatə etdiyini bildirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mühüm islahat istiqaməti kimi məşğulluq xidmətlərinin rəqəmsal infrastrukturunun qurulması istiqamətində son illərdə mühüm addımların atıldığını qeyd edib. O, “Məşğulluq” altsisteminin yaradılaraq, bütün vakansiyaların bu e-sistemdə toplandığını, iş və işçi qüvvəsi üçün bütün müraciətlərin də həmin e-sistemdə qarşılandığını, məşğulluq sahəsi ilə bağlı hesabat təqdimetmə prosedurlarının elektron müstəviyə keçirildiyini deyib.
Nazir həmçinin işsiz və işaxtaran şəxslərin qeydiyyatının, fərdi məşğulluq proqramlarının tərtibinin elektronlaşdırıldığını qeyd edib. Məşğulluq xəritəsinin, “BACAR” virtual informasiya resursunun, “E-əmək birjası və yarmarkası” sisteminin və s. hazırlanmaqda olduğunu bildirib. Qurulmaqda olan “Əmək münasibətləri və məşğulluq” (ƏMAS) e-platformasının ölkə üzrə əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq, təhlil kimi funksional istiqamətləri əhatə edəcəyini deyib və bildirilib ki, digər islahat istiqaməti məşğulluq xidmətlərinin işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışında, məşğulluğunun təmin olunmasında daha çevik və effektiv rola malik olmasına yönəlib. Bunun üçün vacib şərtlərdən biri ilk növbədə işsiz və işaxtaran şəxslərin real imkan və bacarıqları müqabilində onların məşğulluq imkanlarının qiymətləndirilməsi üçün daha təkmil mexanizmin qurulmasıdır. Bu əsasda onlarla bağlı görüləcək məşğulluq tədbirlərinin ardıcıllığının və sistemliliyinin təmin edilməsi, həmin şəxslərlə bağlı fərdi məşğulluq proqramının tərtibatında da bu ardıcıllığın nəticəyə yönəlik prinsip üzrə düzgün müəyyən olunması xüsusi önəm kəsb edir.
İclasda Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə, ƏMAS e-platformasına, “Məşğulluq xəritəsi”nə, məşğulluğa yeni yanaşma üzrə konsepsiya sənədinə, əmək bazarı və məşğulluq bülleteninə, Ərazi Məşğulluq Filiallarınınfəaliyyətinin qiymətləndirilməsinədair təqdimatlar olub. Həmçinin məşğulluğun qiymətləndirilməsi üzrə hazırlanmış yeni metodologiya layihəsi təqdim edilib, təqdimatlar əsasında müzakirələr aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!