25 May 2023 16:59
521
Elm və texnika
A- A+
Mərkəzi Elmi Kitabxanada qədim və qiymətli nəşrlər mühafizə olunur  

Mərkəzi Elmi Kitabxanada qədim və qiymətli nəşrlər mühafizə olunur  

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 100 illik tarixi olan, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində ölkənin aparıcı müəssisələrindəndir. MEK-in Azərbaycan dilində ədəbiyyat və mübadilə, Xarici dillərdə ədəbiyyat, Nadir kitablar və qiymətli nəşrlər, Qarabağ müharibəsi qəhrəmanları fondları, eləcədə Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi öz tərkibinə görə unikal, elmi dəyəri olan əsərlərlə zəngindir. Ümumilikdə 1,3 milyona qədər sənədləri özündə cəmləşdirən fondların tərkibi yeni daxil olan nəşrlərlə artmaqda davam edir. Bu həm yerli və beynəlxalq kitab mübadiləsi nəticəsində, həm müəlliflər, diplomatik və müxtəlif tərəfindən hədiyyə şəklində və s. üsullarla həyata keçirilir. İl ərzində kitabxanaya ayrı-ayrı elm sahələri üzrə, milli və digər dillərdə təxminən 20 mindən artıq sənəd daxil olur ki, bunların kitabxana qaydasında işlənib oxucuların istifadəsinə çatdırılması üçün operativ şəkildə iş aparılır, nəşrlər elektron kataloqa yerləşdirilir. Müxtəlif məzmunlu kitablar arasında MEK-dəki tarixi orta əsrlərə söykənən qədim və qiymətli nəşrlər xüsusi diqqətə layidir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan kitabxana sistemində XVI əsrə aid ən qədim kitab da məhz burada mühafizə olunur. Çap tarixi 1502-ci ilə aid olan kitabın müəllifi Vallendorflu Virgilinin “Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət heptalogiya”sıdır. Bundan əlavə, Nadir kitablar və qiymətli nəşrlər fondunda 1508-1572-ci illəri əhatə edən, “Azərbaycan Respublikasının kitab abidələri”nə daxil olan nəşrlər də var. Qeyd edək ki, sözügedən kitablar xüsusi şəraiti olan guşələrdə mühafizə olunur.

MEK-in Xarici dillərdə ədəbiyyat fondunun Şərq bölməsində olan kitablar MEK-də ayrıca guşədə mühafizə olunur. Bura ərəb, fars və türk dillərində olan kitablar daxildir. Şərq bölməsində qeyd olunan dillərdə dəyərli daşbasma kitablar hifz olunur. Eyni zamanda, Azərbaycan dilində daşbasma kitablar mövcuddur. Bu nüsxələrdən Məhəmməd Füzulinin əsərlərinin XIX əsrə aid daşbasmaları misal göstərə bilərik. Bunlar arasında ən qədim nüsxə “Leyli və Məcnun” əsərinin 1827-ci ilə aid nüsxəsidir. Azərbaycan ədəbiyyatı klassiklərindən Əbülqasim Nəbatinin “Divani-Nəbati” adlı şeirlər kitabı diqqətəlayiqdir. Daşbasma 1868-ci ilə aid nüsxədir. Daşbasma kitablar içərisində qədim hind ədəbiyyatı nümunəsi olan “Kəlilə və Dimnə” əsərinin fars dilində tərcüməsini misal göstərə bilərik. 1880-ci ilə aid olan bu daşbasma “Kəlilə və Dimnə”nin fars dilində tərcümələri içərisində qədim nüsxələrdən hesab oluna bilər.

Kitabxana, həmçinin müxtəlif zaman kəsiyində Azərbaycan və dünya elminə xüsusi töhfələri olan alimlərin vaxtilə MEK-ə hədiyyə etdikləri şəxsi kitab kolleksiyaları ilə oxucuların marağına səbəb olur. Onların içərisində tanınmış numizmat - alim Yevgeni Aleksandroviç Paxomovun, dünya miqyasında tanınmış türkoloq alim akademik Georg Hazainin, arxeologiya üzrə elmlər doktoru, professor Qara Əhmədovun, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, professor Abbas Zamanovun, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü Misir Mərdanovun və digərlərinin şəxsi kitab kolleksiyaları dəyərli elmi mənbə rolunu oynaya bilər.

Böyük əksəriyyəti gənc tədqiqatçılardan və tələbələrdən ibarət olan MEK-in istifadəçiləri arasında yaşlı oxucular da var. 84 yaşlı istifadəçimiz kitabxananın gənclərlə yanaşı, ən fəal oxucuları sırasındadır.

Qeyd edək ki, Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, dilimizin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, dünya elmi, tarixi və mədəniyyətinin istifadəçilərinə təqdim olunmasında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Hazırda MEK və nəzdində fəaliyyət göstərən İnformasiya resursları mərkəzi AMEA tərkibində informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana – informasiya sistemi kimi fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!