Mərkəzi Avropa ölkələri koronavirus böhranından sonrakı iqtisadi dirçəliş imkanlarını müzakirə ediblər
Mərkəzi Avropa ölkələrinin xarici işlər nazirləri ölkələri koronavirus böhranından sonra iqtisadi dirçəlişin təmin edilməsi üçün Vyanada bir araya gəliblər.
AZƏRTAC xəbər verir ki, “Central Five” formatının (Avstriya, Çexiya, Macarıstan, Sloveniya və Slovakiya) növbəti görüşünün gündəliyində ixracyönümlü iqtisadiyyata malik Mərkəzi Avropa ölkələrinin iqtisadi perspektivləri dayanır.
Avstriyanın xarici işlər naziri Mixael Linhartın dəvəti əsasında Vyanada keçirilən görüşdə İvan Korçok (Slovakiya), Yakub Kulhanek (Çexiya), Anje Loqar (Sloveniya) və Piter Siyyarto (Macarıstan) iştirak ediblər. Görüşdən öncə M. Linhart bildirib ki, iqtisadi dirçəlişə nail olmaq üçün artıq şirkətlərin fəaliyyətinin dəstəklənməsinə fokuslanmağın vaxtı yetişib. Eyni zamanda, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də regiondakı digər dövlətlərlə, xüsusilə Rusiya ilə əlaqələrin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
Tərəflər ixrac potensialını gücləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün noyabrın 1-də Dubayda “Dubai Expo 2020” sərgisində birgə iştirakı müzakirə ediblər.
Görüş çərçivəsində həmçinin Avstriya İqtisadi Tədqiqatlar İnstitutu (WIFO) tərəfindən Mərkəzi Avropa regionunda iqtisadi şansların dəyərləndirilməsi mövzusunda təqdimat keçirilib, yeni ideyalar diqqətə çatdırılıb.
“Central Five” qrupu ötən ilin əvvəlində Avstriyanın keçmiş xarici işlər naziri Aleksander Şallenberqin təşəbbüsü ilə təsis olunub. Təşəbbüsün məqsədi Şengen məkanında sərhəd nəzarətinin tətbiq olunduğu zaman Avstriyanın şərq qonşuları ilə sıx ünsiyyətinin gələcəkdə də davam etdirilməsini təmin etməkdən ibarətdir. Qrup üzvləri mütəmadi şəkildə ortaq mövzularda görüşlər keçirir, son görüş isə iyul ayında Avropa İttifaqı Şurasına sədrlik edən Sloveniyada baş tutub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!