26 Yanvar 2025 09:40
13050
Hüquq məsləhəti
A- A+
Mənim sualım var

Mənim sualım var


- Şəxsiyyət vəsiqəmi, diplomumu və onun əlavəsini  itirmişəm. Sənədlərimi təzədən almaq üçün nə etməliyəm? Xahiş edirəm ətraflı yol göstərəsiniz.


Əlirza ƏLİYEV,

Lökbatan qəsəbəsi


- Əslində, sualınız şəxsiyyət vəsiqəsinin və diplomun (əlavəsinin) itirilməsi məsələlərini əhatə etməklə iki hissədən ibarətdir.

Qeyd edək ki, itirilmiş şəxsiyyət vəsiqəsinin yenisi ilə əvəz edilməsi məsələsi Azərbaycan Respublikası Prezidentinin 23.10.2013-cü il tarixli 3 nömrəli fərmanı ilə təsdıqlənmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"yə uyğun tənzimlənir.  Bu Əsasnamənin 3-cü müddəasına  əsasən, itirilmiş vəsiqənin sahibi onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir. Şəxsiyyət vəsiqəsinin itirilməsi ilə əlaqədar onun yenidən verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonra vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.  Ərizə-anket forması  vəsiqə verən orqanda, "ASAN xidmət" mərkəzində doldurulur. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, şəxsiyyət vəsiqəsinin itirilməsi ilə əlaqədar onun yenidən verilməsinə görə dövlət rüsumu aşağıda göstərilən məbləğdədir:


* 10 iş günü müddətində verildikdə - 30 manat, 

* 3 iş günü müddətində verildikdə - 70 manat, 

* 1 iş günü müddətində verildikdə - 90 manat

 

İtirilmiş ali təhsil haqqında diplom və onun əlavəsinin bərpa edilməsi məsələsinə gəldikdə, bununla bağlı qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.04.2010-cu il tarixli 82 saylı qərarı ilə təsdiqlənmiş "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları" ilə tənzimlənir. Həmin qərarla təsdiqlənmiş "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nın 4-cü maddəsinin tələbinə görə, diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə ali təhsil müəssisəsinin rəhbərinə müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi" qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, diplomun və onun əlavəsinin adı, seriyası və nömrəsi, onu verən ali təhsil müəssisəsinin adı və diplomun verilmə tarixi göstərilir. Ali təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və onun əlavəsinin dublikatını verir. Dublikat kimi verilən diplomun və onun əlavəsinin sağ səhifəsinin yuxarı küncündə "Dublikat" ştampı vurulur. Nəzərə almaq lazımdır ki, itirilmiş diplomun və onun əlavəsinin əvəzinə arayış verilməsi qadağandır və həmin arayışların hər hansı hüquqi qüvvəsi yoxdur. Bundan başqa, diplomun və onun əlavəsinin və ya onların dublikatlarının hazırlanması və verilməsinə görə dövlət rüsumu nəzərdə tutulmadığından diplom alanlardan heç bir ödəniş tələb edilmir.


- Təmir şirkəti müqavilədəki öhdəliklərini vaxtında və keyfiyyətli yerinə yetirmirsə, nə edə bilərəm?


Famil YARIYEV,

Bakı şəhəri


- Müqavilə əsasında təmir fəaliyyəti və onun nəticələrinin tənzimlənməsi məsələləri bir qayda olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu - "Podrat" fəsli və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR qanunu ilə müəyyən edilmişdir.

Beləliklə, əgər təmir şirkəti müqavilə öhdəliklərini vaxtında və ya keyfiyyətli şəkildə yerinə yetirmirsə, Azərbaycan Respublikasının yuxarıda qeyd olunan qanunlarına uyğun olaraq, aşağıdakı addımları ata bilərsiniz.

Sualınızda qeyd etdiyiniz kimi, təmir şirkəti ilə aranızda imzalanmış müqavilə mövcuddur. Ona görə də ilk əvvəl həmin müqavilənin şərtləri yoxlanılmalıdır. Yəni müqavilədə işlərin yerinə yetirilməsi üçün müddət göstərilibmi, işlərin keyfiyyətinə dair  tələblər mövcuddurmu, gecikmə və ya işlərin keyfiyyətsiz görülməsi halında cərimələr nəzərdə tutulubmu?

Daha sonra müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün təmir şirkətinə pretenziya (tələb) göndərilməsi lazımdır. Pretenziyada problemin mahiyyəti (müddətin pozulması, keyfiyyətsiz iş və s.), qüsurların aradan qaldırılması və ya işlərin sizin müəyyənləşdirdiyiniz ağlabatan müddətdə tamamlanması tələbi, habelə Mülki Məcəllə və ya "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" qanuna istinad edilməsi tövsiyə olunandır. Əgər mübahisə son nəticədə məhkəmə müstəvisinə keçərsə, pretenziyanı imzalamaqla onun qarşı tərəfə (təmir şirkətinə) çatdırılması barədə bildirişli məktub formasında göndərilməsi zəruridir. Tələbin daha  təsirli və əsaslı olması məqsədilə yaxşı olar ki, pretenziya göndərməzdən əvvəl işlərin keyfiyyətli və ya müqavilə şərtlərinə uyğun yerinə yetirilib-yetirilməməsi ilə bağlı mütəxəssis rəyi əldə edib onu pretenziya məktubuna qoşasınız. Bu məlumatlar işin məhkəmədə həlli zamanı sübuti əhəmiyyətə malik olacaqdır. Əgər təmir şirkəti pretenziya üzrə yol verdiyi çatışmazlıqları aradan qaldırmazsa, o zaman siz şirkətin hüquqi ünvanı olan yerin məhkəməsinə işlərin yerinə yetirilməsində gecikmə, işlərin keyfiyyətsiz yerinə yetirilməsi və keyfiyyətsiz işlər nəticəsində dəymiş zərər barədə tələblə müraciət edə bilərsiniz. Bundan başqa, siz baş vermiş halla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz. Bu addım şirkətin istehlakçı hüquqlarını sistematik olaraq pozduğu hallarda daha faydalıdır. Hər iki halda - məhkəmə və ya Antiinhisar və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciətə müqavilənin surətini, şirkətlə aranızda olan yazışmaları, işlərin təhvil-təslim aktını (əgər imzalanıbsa), ödənişi təsdiqləyən sənədləri - qəbz və çekləri əlavə etməlisiniz. Qeyd olunanların edilməsi hüquqlarınızın səmərəli müdafiəsi şansını əhəmiyyətli dərəcədə artıracaqdır.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:05
09 Noyabr

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
09 Noyabr

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib VİDEO  

01:18
09 Noyabr

Bakıda keçirilən Hərbi parad dünyanın bir sıra ölkələrinin nüfuzlu media qurumlarında geniş işıqlandırılıb 

01:15
09 Noyabr

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - YENİLƏNİB  

01:13
09 Noyabr

Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür  

01:11
09 Noyabr

Laçında konsert: “Zəfərin Səsi" 

23:09
08 Noyabr

Şuşada möhtəşəm atəşfəşanlıq olub

22:40
08 Noyabr

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb

22:02
08 Noyabr

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

21:50
08 Noyabr

Xankəndidə Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub

21:36
08 Noyabr

Naxçıvanda Zəfər Gününün 5 illiyi münasibətilə möhtəşəm atəşfəşanlıq olub  

21:35
08 Noyabr

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

20:54
08 Noyabr

Professor Renyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır  

20:36
08 Noyabr

Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıblar  

20:31
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib YENİLƏNİB - 4

20:14
08 Noyabr

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib 

20:06
08 Noyabr

Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub  

20:03
08 Noyabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən  

19:49
08 Noyabr

İslamiada: Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar  

19:36
08 Noyabr

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

19:24
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!