15 Dekabr 2024 08:55
2752
Hüquq məsləhəti
A- A+
Mənim sualım var

Mənim sualım var


- Uzun illərdir eyni dövlət idarəsində çalışıram. 2023-cü ilin sentyabr ayında 14 yaşlı qızıma şəkərli diabetə görə II qrup əlillik təyin olunub. Bu yaxınlarda eşitdim ki, Azərbaycan qanunvericiliyinə əsasən, himayəsində 18 yaşınadək belə uşaq olan fiziki şəxslərə əməkhaqqı hesablanarkən vergi güzəşti tətbiq edilir. Bundan gec xəbər tutduğuma görə müvafiq sənədləri işlədiyim müəssisəyə indi - övladıma əlilliyin təyin olunmasından təxminən 1 il 3 ay keçdikdən sonra təqdim etməyə hazırlaşıram. Bilmək istəyirəm ki, əməkhaqqım hesablanarkən ötən dövr üçün istifadə etmədiyim vergi güzəşti nəzərə alınacaq, yoxsa bu güzəşt müvafiq sənədləri təqdim etdiyim gündən sonrakı dövrü əhatə edəcək? 


S.Seyidova,

Gəncə şəhəri


- Verdiyiniz sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin (özlərinin istəyi ilə) iş yeri üzrə vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. Misal: valideynin aylıq gəliri 800 manatdırsa, həmin məbləğdən 200 manat güzəştə görə, 200 manat da əməkhaqqı 2500 manatdan aşağı olduğu üçün (Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi) çıxıldıqdan sonra qalan 400 manatlıq hissə vergiyə cəlb olunacaqdır.

Sualın ikinci hissəsinə gəldikdə isə, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinin tələbinə əsasən, vergi güzəştləri sizin əsas iş yeriniz üzrə tətbiq olunur və əgər siz vergi güzəştlərini əldə etməyə əsas verən statusunuzun olmasına baxmayaraq, güzəşt hüququnu təsdiq edən sənədləri əmək müqaviləniz hüquqi qüvvəyə mindikdən sonra təqdim etmisinizsə, bu zaman vergi güzəşti sizin əmək müqaviləniz qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Daha dəqiq desək, sizin halda ötən dövr üçün istifadə etmədiyiniz güzəşt hüququnuz əvvəlki aylardan nəzərə alınmalıdır.


- Birinci övladıma babasının adı soyad olaraq verilib. İndi ikinci övladım dünyaya gəlib. Ona da eyni qayda ilə babasının adını soyad vermək istədik, amma qeydiyyat şöbəsi imtina etdi. Bu nə dərəcədə doğrudur? İndi övladlarım fərqli soyad daşımalıdır? Qanunla bu məsələ necə tənzimlənir?


Fateh Yusifli,

Bakı şəhəri


- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 4.1-ci bəndinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Müvafiq müddəaların məzmunundan göründüyü kimi, istisna hallarda Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin diskresion hüququ olaraq onun tərəfindən fərqli soyadın qeydiyyata alınması mümkündür. Yəni müraciətdə qeyd olunan məsələnin təmin edilib-edilməməsi hüququ qeydiyyat orqanına məxsusdur. Bununla yanaşı, valideynlər belə olan halda qeydiyyat orqanının imtina cavabından inzibati məhkəməyə şikayət verə bilər ki, məhkəmə İnzibati Prosessual Məcəllənin 74-cü maddəsini rəhbər tutmaqla inzibati orqanın üzərinə öhdəlik qoysun ki, uşağa babasının adı onun soyadı olaraq qeydiyyata alınsın. Əgər məhkəmə şikayəti təmin etməsə, çıxış yolu yuxarıda adıçəkilən Qaydaların 6.1-ci bəndinə əsasən, həmin şəxsin 18 yaşına çatdıqdan sonra sərbəst surətdə soyadın dəyişdirilməsi ilə bağlı qeydiyyat orqanına müraciət etməsidir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gənclər və Idman nazirliyinin kollegiya iclasi keçirilib

13:30
19 Mart

Axtarışda olan şəxs Qazaxıstanda tutularaq Azərbaycana ekstradisiya edilib

13:18
19 Mart

Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə çəkilən avtomobil yolu turizmin inkişafına da töhfə verəcək

13:17
19 Mart

Sabah külək əsəcək, bəzi yerlərdə arabir yağıntı olacaq

13:16
19 Mart

İtkin şəhid Atakişi Atayev Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

13:14
19 Mart

AFFA “Qarabağ” və “Sabah”ı cərimələyib

13:12
19 Mart

Şəhid Rəşad Zeynallının ailəsi ziyarət edilib

13:11
19 Mart

AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edib

13:09
19 Mart

Suqovuşanda inşa olunan məsciddə eyni vaxtda 100-dək insan ibadət edə biləcək

13:05
19 Mart

Suqovuşana həyat qayıdır - kəndə köçlə bağlı 180 ailə siyahıya alınıb  

13:04
19 Mart

Rusiya ekspertləri Putinlə Trampın telefon danışığını Ukrayna münaqişəsi üzrə gərginliyin azaldılması istiqamətində atılan addım hesab edirlər  

13:01
19 Mart

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ

13:00
19 Mart

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

12:59
19 Mart

DSX-nin Xüsusi Məktəbində bayram tədbiri keçirilib

12:58
19 Mart

MDB-nin mənzil-qərargahında “Birliyin Mədəniyyət Günləri” Konsepsiyası layihəsi müzakirə olunub

12:33
19 Mart

32 ildən sonra Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına məktəbdə Novruz sevinci yaşanıb  

11:55
19 Mart

Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNƏCƏK

11:43
19 Mart

Ağdərə rayonunun Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunda yenidənqurma işləri başa çatıb

11:37
19 Mart

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

11:32
19 Mart

S.Ə.Qafarovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

11:21
19 Mart

Ukraynalı ekspert: Tramp-Putin razılaşmasının detalları açıqlanmalıdır

10:58
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!