07 Sentyabr 2025 09:05
1477
Mədəniyyət
A- A+
"Mən bu dünyadan imanla getmək istəyirəm"

"Mən bu dünyadan imanla getmək istəyirəm"


Fövqəladə Üçlüklərin nəzarəti altında olan repressiya qurbanlarının siyahısında nəinki ziyalılar, əksinqilabçılar, inqilabdan əvvəl müxtəlif partiya üzvləri, fəhlələr, kəndlilər, hətta din xadimləri də var idi. Həmin din xadimlərindən biri də Ayətullah Şeyx Qəni Axund Badkubeyi idi. O, 1881-ci ildə Bakı şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Abdulla oğlunu ruhani kimi görmək istəyirdi. Elə bu məqsədlə onu mollaxanaya qoyur. Bir sıra elmlərdən xəbərdar olan Şeyx Qəni İçərişəhərdəki "Sınıqqala" adı ilə tanınan Məhəmməd məscidinin nəzdindəki Mirzə Həsib Qüdsinin mədrəsəsinə daxil olur.

Dərin istedada və zəkaya malik olan Şeyx Qəni ilahiyyatla yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, tarixi, astranomiyanı və sairə elmləri öyrənir. Bir müddət doğma şəhərində təhsil alır, Zöhrə adlı xanımla ailə həyatı qurur və İranın Qum şəhərinə getmək qərarına gəlir.

Dörd ildən artıq Qum şəhərində təhsil alan Şeyx Qəni Axund oradan İraqın Kərbəla şəhərinə yollanır. Tələbəlik illərində Həcc ziyarətində olur. Zövcəsi Zöhrə xanım gənc yaşlarında dünyasını dəyişir. O, azyaşlı qızı Həlimə xatunla çətin bir vəziyyətdə qalır. Nərgiz xatun adlı ərəb qızı ilə izdivaca girir. Şeyx Qəni Axund Bakıya qayıtmaq qərarına gəlir, lakin həyat yoldaşı getməkdən imtina edir. Bakıya qızı ilə qayıtmalı olur.

Bir müddət sonra Maştağanın Xunxarlar məhəlləsində yaşayan Ruqəyya xanım ilə ailə həyatı qurur. Çox keçmir ki, Nərgiz xatun da Bakıya qayıdır. Nərgiz xatundan Məmmədəli və Mərziyyə adlı övladları dünyaya gəlir. Şeyx Qəni Axund bir müddət İranda yaşayır. Nəhayət, 1915-ci ildə vətənə qayıdır. Əmisi Əli Mustafa Fətəli Xan oğlu İçərişəhərdə ikimərtəbəli evini ona bağışlayır. Mirməhəmməd Kərim Axund tərəfindən Bayır şəhərdəki Qubalılar məscidinə axund təyin olunur. Onun yaxın dostlarından Axund Molla ağa Əlizadə, Axund Zəki Hacızadə, Mirməhəmməd Kərim Mircəfərzadə, Molla Kamiyab, Axund Fəraməz Bağırzadə və başqalarının adını söyləmək olar. Bir faktı qeyd edək ki, axundun böyük oğlu Məmmədəli 1918-ci ildə Bakı şəhərində ermənilər tərəfindən qətlə yetirilir. Bu hadisəni Şeyx Qəni həyatının ən unudulmaz faciəsi kimi qəbul edir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra hər bir din xadimi kimi Şeyx Qəni Axundu da təqib etməyə başlayırlar. Onun el arasındakı nüfuzunu görən NKVD işçiləri dəfələrlə ağanı çağırtdırıb müxtəlif işlər təklif edirlər. Amma Şeyx Qəni Axund bütün bunlara rədd cavabı verir və onlara bildirir ki, "mən bu dünyadan imanla getmək istəyirəm".

NKVD işçiləri heç bir vəchlə öz istəklərinə nail ola bilmirlər. Elə bu hadisələrdən sonra ağanı həbs etmək qərarına gəlirlər. 1931-ci ilin yay aylarında o, Axund Kamiyabla bir gündə həbs olunur və 2 ay müddətində Bakı həbsxanasında saxlanılır. Çoxlu sorğu-sualdan sonra ağaya bildirirlər ki, sabah onu qətlə yetirəcəklər.

Axşam Şeyx Qəni Axund namazını qıldıqdan sonra Allah-Taalaya dua edir. Kameranın bir küncünə sığınıb əbasını başına çəkir. Səhər onu aparmağa gələnlər görürlər ki, Şeyx Qəni Axund artıq vəfat edib.


Günahsız müqəssir


Şeyx Məhəmmədəli Hüseynoğlu 1930-1935-ci illərdə Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarəsinin sədri, görkəmli din xadimi, ilahiyyatçı mütəfəkkir idi. 1889-cu ildə Borçalının Sarvan kəndində (indiki Marneuli şəhəri) görkəmli din xadimi Axund Ağa Hüseyn Allahyar oğlunun ailəsində dünyaya göz açmışdır. İlk uşaqlığı Sarvanda və Tiflis şəhərində keçmişdir. Uşaqlıqdan babası Allahyar ağanın himayəsində tərbiyə almışdır. Erkən gəncliyində Şeyx Məhəmmədəli ərəb, fars və rus dillərində sərbəst danışa və yaza bilirdi.

İlk gənclik çağlarından Sarvanda fəaliyyət göstərən islam məktəbində oxumuşdur. 1915-ci ildən sonra İranda, Məşhəd Ali Dini Mədrəsəsini bitirmiş, daha sonra islam hüququ və ilahiyyat üzrə ali dini təhsilini Bağdad Mədrəsəsində davam etdirmişdir.

1925-ci ildən sonra Şeyx Məhəmmədəli Borçalıya qayıdır və Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarəsində fəaliyyətə başlayır. Lakin sovet rejiminin islam dininə qarşı apardığı ateist siyasət Şeyx Məhəmmədəlinin əl-qolunu bağlayır.

1929-cu ildən etibarən Şeyx Məhəmmədəli evində təxminən 20 min ədəd kitab və əlyazmadan ibarət kitabxana təşkil etmişdir. 1927-ci ildən isə Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarəsi Qazilər Şurasının üzvü olmuşdur. 1930-cu ildə Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarəsinin sədri seçilmişdir və bu vəzifəni 1935-ci ilə qədər icra etmişdir. Şeyx Məhəmmədəlinin müsəlman əhalisi arasındakı böyük nüfuzu ovaxtkı Gürcüstan SSR-nin və ZSFSR-in kommunist rəhbərliyinin xoşuna gəlmirdi. 1935-ci ildə Şeyx Məhəmmədəli Gürcüstan SSR XDİK (NKVD) Baş Siyasi İdarəsi tərəfindən həbs edilərək Sibirə sürgün olunmuşdur. 1937-ci ildə saxta ittiham əsasında güllələnmişdir. Şeyx Məhəmmədəlinin həbs edildikdən sonra kitabxanası yandırılmışdır.


Qafqazın IX şeyxülislamı


Şeyx Mirmöhsün Şeyx Əli oğlu Həkimzadə 1882-ci ildə Şamaxıda, İmamlı məhəlləsində dünyaya gəlmişdir. İlk ibtidai təhsilini evdə atasının yanında almışdır. Daha sonra təhsilini davam etdirmək üçün Məşhəd, Xorasan və Nəcəfə göndərilmişdir. Yeddi il Məşhəd şəhərində mükəmməl təhsil aldıqdan sonra əvvəlcə axundluq, sonralar isə şeyxlik rütbəsinə layiq görülmüşdür. 1914-cü ildə təhsilini başa vurub Şamaxıya qayıtmış və atasının ən yaxın köməkçisinə çevrilmişdir.

Mirmöhsün Həkimzadə Zaqafqaziya şeyxülislamın xüsusi sərəncamı ilə Şamaxı şəhərinin İmamlı məscidinin axundu təyin edilir. 1918-ci ilin mart ayında Stepan Lalayanın dəstəsinin Şamaxıya hücumu zamanı o, anasını da götürüb Şamaxıdan çıxır və Qalaqayına gedir.

Sovet dövründə, yəni 1928-ci ildə Mirmöhsün Həkimzadənin evində yoxlamalar aparılır. Zinət əşyaları müsadirə edilir, özü isə qiymətli əsərləri ilə birlikdə Bakıya aparılır. 6 ay Bakıda həbsxanada saxlanılır. Nəhayət, 6 aydan sonra günahsız bilib onu azad edirlər, əsərlərini isə yandırırlar. Bu hadisədən sonra Mirmöhsün Həkimzadə həmişəlik Bakıya köçür, repressiyadan qurtarmaq üçün müəyyən yerlərdə fəhlə işləməyə başlayır. 1943-cü ildə dini idarə təşkil olunur və 1937-ci il repressiyalarından yaxasını qurtara bilən axundlar bura dəvət olunurlar. Axund Mirmöhsün Həkimzadə Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini seçilir.

1954-cü ildə Şeyxülislam Axund Ağa Əlizadə vəfat etdikdən sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin qurultayı çağrılır və böyük səs çoxluğu ilə Şeyx Mirmöhsün Həkimzadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilir. Şeyxülislam Axund Mirmöhsün Həkimzadə 12 illik Zaqafqaziya Musəlmanları Ruhani İdarəsinin sədri vəzifəsində işləyir. İşlədiyi müddət ərzində yeni məscidlərin açılmasına, bir çox məscidlərdə azanların minarələrdən verilməsinə, yeni mədrəsələrin tikilməsinə nail olur. Sosializm quruculuğuna, dini ayinlər haqqında sovet qanunvericiliyinə real münasibət bəsləyən, sülhsevərlik, əməksevərlik, dindarların öz vətəndaşlıq borclarını namusla yerinə yetirməsini təbliğ edən, yüksək natiqlik bacarığı olan bu din xadimi mömin müsəlmanlar arasında böyük nüfuza malik olub.

1967-ci ildə 85 yaşında dünyasını dəyişmişdir.


Hazırladı:

İradə ƏLİYEVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!