Məmmədbəyli türbəsi
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji abidə, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji abidə, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri dağıdılıb. Həmçinin bu ərazilərdə 40 mindən çox əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisəsi düşmən tərəfindən yerlə-yeksan edilib.
Professor İbrahim Zeynalovun “Zəngilan rayonu tarixi abidələr yurdudur - Məmmədbəyli türbəsi” adlı araşdırmalarında qeyd edilir ki, Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir: “...Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarca türbə var. Bunlardan biri də ordumuz tərəfindən düşmən işğalından azad edilən Məmmədbəyli kəndindəki səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsidir. 1304-1305-ci illərdə inşa edilmiş türbə memarlıq-konstruktiv formasına görə digərlərindən seçilir. Türbə səkkizbucaqlı şəkildə inşa edilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları isə yonulmuş daşla çox səliqəli formada üzlənib. Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Məmmədbəyli türbəsi haqqında ilkin məlumatı XX əsrin 40-cı illərində rus tarixçisi İvan Şeblıkin (1884-1947) verib...”
Abidə memarlıq quruluşu cəhətdən Füzuli rayonunda inşa edilən digər türbələrdən fərqlənir. O, Azərbaycanın bürcvari abidələrinə bənzəyir. Bu tarixi yadigarın illər öncə çəkilən şəkillərindən görünən odur ki, abidənin karnizi qara rəngli daşdan işlənib, tikintisində isə çay daşlarından istifadə edilib. Türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünür. Üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edir.
Türbənin günbəzi iki qatdan ibarətdir. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Deyilənə görə, bu abidədən Həkəri çayının digər sahilində Şərifan kəndinə yeraltı tunel var imiş. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənərkən türbənin sərdabəsi üzə çıxıb. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülüb. Orta əsrlərdə belə türbələr feodal əyanlarının və varlı şəxslərin qəbri üstündə ucaldılarmış.
Türbənin maraqlı və orijinal kitabəsi də diqqəti cəlb edir. Adi sıradan çıxıb sətirdən yuxarıda qaldırılmış kəlmələr pozulub getmiş, lakin izi qalmış müəmmalı sözlər çətinliklə oxunur. Kitabə qapı yerindən yuxarı qövsvari çatılmış bütöv daş üzərində həkk olunub. Ölçüsü 1,45 x 0,90 metrdir. Nəsx xətti ilə yazılmış altı sətirlik ərəbdilli kitabə oyma üsulunda işlənilib. İlk dörd sətirdə müqəddəs Qurani-Kərimdən ayələr verilir. İki sətirdə türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilib. Müəlliflərin verdiyi məlumata görə, binanın memarı və bənnası Əli Məcdəddindir.
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!