Meksika Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcəkdir
Meksika Senatının üzvü Karlos Ximenes Masiasın başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti dekabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.
Milli Məclisin Sədri demişdir ki, Azərbaycan Meksika Birləşmiş Ştatları ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir. Bu baxımdan dövlətlərimiz arasında siyasi dialoqun davam etdirilməsi zəruridir. İnanırıq ki, Meksika Senatı nümayəndə heyətinin ölkəmizə bu səfəri parlamentlərarası münasibətlərin inkişafına təkan verməklə yanaşı, dövlətlərimiz və xalqlarımız arasında mövcud olan əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəkdir.
O.Əsədov ölkələrimiz arasında coğrafi məsafənin böyük olmasına baxmayaraq, oxşar cəhətlərimizin çox olduğunu diqqətə çatdırmış və bildirmişdir ki, Meksika Latın Amerikası ölkələri arasında özünəməxsus yer tutur, zəngin karbohidrogen ehtiyatlarına malikdir. Azərbaycan nisbətən gənc demokratik ölkə olsa da, yerləşdiyi regionda öz liderliyini təmin edə bilmişdir. Bu gün müstəqil Azərbaycan Avropanın enerji təhlükəsizliyi sisteminə mühüm töhfə verir. Biz Meksikanın ölkəmizlə münasibətləri dərinləşdirmək istəyini yüksək dəyərləndiririk.
Meksika Senatında Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında müzakirələrin keçirilməsi və müvafiq sənədin qəbulu bizim üçün çox önəmlidir. Ölkənin Deputatlar Palatasında da bu istiqamətdə işin aparılması təqdirəlayiqdir. Meksikada Azərbaycan Dostluq Parkının salınması da xoş niyyətdən xəbər verir.
Biz parlamentlər səviyyəsində münasibətlərimizin dərinləşməsini də günün tələbi hesab edirik. Bu baxımdan qanunverici orqanlarındakı dostluq qrupları mühüm rol oynaya bilərlər.
Sədr vurğulamışdır ki, Azərbaycan ilə Meksika arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı xalqlarımızın mənafeyinə uyğundur. Hər iki ölkənin iş adamlarının qarşılıqlı səfərləri, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi müsbət nəticələr verə bilər.
Bu gün Azərbaycan bölgədə dinamik inkişaf edən, demokratik dəyərlərdən bəhrələnən bir ölkədir. Ancaq Dağlıq Qarabağ münaqişəsi nəinki ölkənin, o cümlədən bütöv bir regionun tərəqqisinə əngəl törədir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Bu məsələdə Meksikanın bundan sonra da haqq və ədalətin tərəfində olacağına ümid edirik.
Senator Karlos Ximenes Masias ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldıqlarını bildirmişdir. O demişdir ki, Meksika sürətlə inkişaf edən gənc, demokratik Azərbaycan ilə münasibətlərin daha da dərinləşməsinə böyük maraq göstərir. Azərbaycanın 20 illik müstəqillik dövrü ərzində əldə etdiyi nailiyyətlər Meksika ictimaiyyətinin diqqətini cəlb etmişdir. Meksika parlamenti Milli Məclislə münasibətlərin dərinləşməsini önəmli hesab edir və düşünürük ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensivləşməlidir.
Söhbətdə qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini xüsusi vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!