Məhsullarımız Polşadakı “Carrefour” supermarketlərində həvəslə alınır
Ölkəmizin qeyri-neft sektoru ixracının artırılması və Azərbaycan istehsalı olan məhsulların xarici ölkələrdə daha çox tanıdılması, yeni ixrac bazarlarına çıxarılması və satışının təşkili istiqamətində işlər davam edir.
Bu məqsədlə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin təşəbbüsü, aparılan danışıqlar və bazar araşdırmalarının nəticəsi olaraq Varşavadakı
3 "Carrefour” və Kielçe şəhərindəki eyniadlı supermarketində "Made in Azerbaijan” stendləri yerləşdirilib. Stendlərdə Azərbaycan istehsalı olan müxtəlif növ şərablar, mürəbbələr, kompotlar, nar şirəsi, narşərab, salatlar, çay təqdim olunur. Bununla yanaşı, marketlərin alış-veriş zallarında alıcıların diqqətini cəlb edən və stendlərə doğru istiqamətləndirən reklam banerləri asılıb. Bəzi məhsullarımız marketlərin rəflərində də yerləşdirilib.
Stendlərin ilkin olaraq 2 aylıq müddətinə yerləşdirilməsi nəzərdə tutulur və məhsullarımızın satış göstəricilərindən asılı olaraq müddət artırıla bilər.
Qeyd edək ki, Polşada fəaliyyət göstərən pərakəndə satış şəbəkələrində Azərbaycan istehsalı olan müxtəlif növ məhsulların vahid ölkə stendində satışı ilk dəfədir təşkil olunur. "Made in Azerbaijan” stendlərindəki "Azersun Holding”, "Azgranata”, "Astaraçay”, "Aspi Agro”, "Marandi”, "Şərq ulduzu” MMC-lərin, "Abşeron Şərab” və "Göygöl Şərab Zavodu” ASC-lərin istehsalı olan məhsullar Varşavada fəaliyyət göstərən "Azərbaycan Ticarət Evi”nin dəstəyi ilə təqdim edilib.
Avropa ölkələrində COVID-19 pandemiyasının yayıldığı və karantin tədbirlərinin tətbiq olunduğu dövrdə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının bu təşəbbüsü ölkəmizin qeyri-neft məhsulları ixracının artırılması və ixrac bazarlarının şaxələndirilməsinə xidmət edir.
Məlumat üçün bildirək ki, Fransanın "Carrefour S.A.” şirkəti dünyanın bir çox ölkələrində fəaliyyət göstərən aparıcı pərakəndə satış şirkətlərindəndir. Şirkət Polşa bazarında ilk marketini 1997-ci ildə açıb və hazırda 80-dən çox hipermarket, 160-dan artıq supermarket, 650-dən çox kiçik marketlərdən ibarət şəbəkəyə malikdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!