Medianın İnkişafı Agentliyində MEDİA könüllüləri ilə görüş
Martın 18-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.
Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Əhməd İsmayılov ölkədə gənclərin inkişafı istiqamətində görülən işlərdən, könüllülük hərəkatının müxtəlif sahələrə verdiyi töhfələrdən və yaratdığı müsbət nəticələrdən, media sahəsində kadr potensialının artırılmasından, gənclərin müasir media mühitinin tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinin əhəmiyyətindən danışıb. O, gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu sahədə agentlik tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.
Görüş struktur bölmə rəhbərləri və könüllülər arasında müzakirə ilə davam edib.
Qeyd edək ki, MEDİA könüllüləri proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaqdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
28 Mart
Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər
28 Mart
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib
28 Mart
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
28 Mart
Laçın-Xankəndi yolu: Daha bir avtomobil karvanı aksiya ərazisindən keçib
28 Mart
Temperatur 10 dərəcəyədək enəcək, yağış və qar yağacaq
28 Mart
Volodimir Zelenski Sum vilayətində olub və Axtırka şəhərinə “Qəhrəman şəhər” fəxri mükafatını təqdim...
28 Mart
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
28 Mart
Şarl Mişel Moldova və Ukraynanın Aİ üzvlüyünə dair danışıqları dəyərləndirib
28 Mart
Azəri-Mərkəzi-Şərqi platformasının dayaq bloku təhlükəsiz şəkildə suya buraxılıb
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!