25 İyul 2014 12:07
135
Mədəniyyət
A- A+
Mədəniyyət və turizm naziri Qaxda vətəndaşları qəbul etdi

Mədəniyyət və turizm naziri Qaxda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən iyul ayında bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 25-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərindən, Balakən, Zaqatala, Qax, Şəki və Ağdaş rayonlarından olan vətəndaşları qəbul etdi.
Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən, mədəniyyət müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmiri, fəxri adların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı idi.
Qəbulda Qax rayonunun Qum kəndində yarımçıq qalmış mədəniyyət evinin tikintisinin başa çatdırılması, “Şəki xanlarının evi”nə ştat vahidlərinin ayrılması, Qax rayonunun Əlibəyli kəndində Dövlət Gürcü Dram Teatrı üçün yeni binanın tikintisi, Şəki şəhərindəki “Sənətkar evi”nin şəhər mədəniyyət və turizm şöbəsinin balansına verilməsi, Şəkidəki tarix və mədəniyyət abidələrinin turizm marşrutuna daxil edilməsi, Mingəçevir şəhərindəki tarix muzeyinin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirildi.
Vətəndaşlar, həmçinin Qax rayonunda qədim dövrlərə aid Sarıca-Minbərək nekropolunun yerləşdiyi ərazidə qoruğun yaradılması, Ləkit kəndindəki V əsrə aid dünya əhəmiyyətli alban məbədinin, VI-VII əsrlərə aid məbəd kompleksinin bərpası, Zaqatala şəhərində tarix-diyarşünaslıq muzeyinin əvvəlki binaya köçürülməsi, Zaqatala şəhərində mədəniyyət mərkəzinin yaradılması işinin sürətləndirilməsi, “Mədəniyyət işçisi günü”nün təsis edilməsi, Balakən rayonunda beynəlxalq festivalın keçirilməsi, turizm layihələri və digər məsələlərlə bağlı müraciət etdilər, təkliflər verdilər.
Nazir Əbülfəs Qarayev hər bir vətəndaşı diqqətlə dinlədi, onların müraciət və təkliflərinin həll olunması üçün müvafiq göstərişlərini verdi.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirdilər.
Qəbuldan sonra qeyd olunan şəhər və rayonların mədəniyyət və turizm şöbələri, mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!