25 Yanvar 2017 12:01
239
İQTİSADİYYAT
A- A+
Məcburi köçkünlər dövlətin güzəştindən daha səmərəli istifadə etmək imkanı qazandılar

Məcburi köçkünlər dövlətin güzəştindən daha səmərəli istifadə etmək imkanı qazandılar

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlığının təmin edilməsi və çatdırılması mexanizminin sadələşdirilməsi məqsədilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci, müavinət, habelə kommunal və digər xərclər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə cari ilin 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən olunub.

Ümumiyyətlə, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması Azərbaycanda daim diqqət yetirilən məsələlərdəndir. Düzdür, müstəqilliyimizin bərpasından sonrakı  ilk illərdə qaçqın və məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsində əsas mənbə beynəlxalq humanitar təşkilatların və müxtəlif dövlətlərin ayırdıqları vəsaitlər olmuşdu. Sözsüz ki, bu yardımlar 1 milyon qaçqın və məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması üçün heç minimum tələbatı belə ödəmirdi. Bu sahədə əsas dönüş “Əsrin müqaviləsi”nin reallaşması sayəsində ölkəyə vəsait daxil olmasından sonra başladı. Belə ki, Dövlət Neft Fonduna yığılan vəsaitdən ilk dəfə qaçqın və məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsi məqsədilə istifadə olundu. Bu məqsədlə ulu öndər Heydər Əliyevin sərəncamı əsasında “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Həmin proqramın icra edilməsi üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradıldı.

İndi Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Ölkə rəhbəri hələ  2003-cü ildə prezidentliyə namizəd kimi bütün məcburi köçkünlərin çadır şəhərciyindən hər cür şəraiti olan müasir tipli qəsəbələrə köçürülməsi barədə vəd vermişdi. Prezident seçildikdən sonra vədinə əməl etdi.

Məlum olduğu kimi, dövlət başçısının 1 iyul 2004-cü il tarixli sərəncamı ilə “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdi. Proqramın qəbul edilməsində məqsəd 22921 ailə, yəni 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması idi. Bununla yanaşı, sənəddə 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, həmçinin 1567 ailənin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, o cümlədən 30 min iş yerinin yaradılması nəzərdə tutulmuşdu. Proqrama uyğun olaraq, həmin il ölkənin müxtəlif bölgələrində məskunlaşan qaçqın və məcburi köçkün ailələri üçün yeni qəsəbələrin salınmasına start verildi. 2007-ci ildə bu proqrama müəyyən əlavələr edilərək qarşıya qoyulan bütün vəzifələr uğurla icra edildi. Beləliklə, 2007-ci ildə Prezidentin vədinə əməl etməsinin nəticəsi olaraq Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı və Sabirabad rayonlarının ərazilərində 12 çadır şəhərciyi ləğv edildi.

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində bu günə qədər 95 müasir tipli qəsəbə, o cümlədən Bakıda və ölkənin müxtəlif regionlarında çoxmərtəbəli yaşayış evləri tikilərək istifadəyə verilib.

Ümumiyyətlə, ötən illər ərzində Azərbaycan dövləti məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər görüb. Təkcə bir faktı qeyd edək: ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün 6,2 milyard manatdan çox vəsait sərf olunub. O cümlədən, Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb. Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib. Bu işlərin 90 faizi Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə icra edilib.

Görülən tədbirlər nəticəsində son illər 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri müvəqqəti işlə təmin edilib. Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədilə onların 11 min nəfərinə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan 2 min nəfərə 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri açılıb.

Dövlət başçısının son fərmanı ilə məcburi köçkünlər dövlətin nağd pul şəklində etdiyi güzəştdən səmərəli istifadə etmək imkanı qazandılar.   

 

Rüstəm KAMAL,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!