08 Noyabr 2023 10:20
521
SİYASƏT
A- A+
Mavi gözlü, al duvaqlı, yaşıl donlu bayrağım

Mavi gözlü, al duvaqlı, yaşıl donlu bayrağım

 

Bayraq dövlətlərin varlığını göstərən, onu təmsil edən rəmzdir. Bayraq millətlərin adət-ənənəsini, mədəniyyətini, milli kimliyini, əxlaqını özündə ehtiva edən ən dəyərli sərvətdir. Bayraq həm də Vətəndir.
Vətən təkcə insanın anadan olduğu, dədə-babalarının, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ərazi deyil. Vətən həm də emosional hissdir, namusdur, qeyrətdir, müqəddəs torpaqdır. O torpaq ki, insanın son yeridir. 
Vətən içimizdə, ruhumuzda kök salmış, qəlbimizdə yuva qurmuş torpaq sevgisindən və göylərdə dalğalanan bayraqdan başlanır. Yurd sevgisi başımızdan ucada tutduğumuz bayrağa hopub Vətəni yaşadır. Biz bayrağımızı sadəcə rəmz kimi qəbul etmirik, onu canlı, müqəddəs bir varlıq, güc mənbəyimiz kimi görürük, sevirik. Cəfər Cabbarlı üçrəngli bayrağımıza olan sevgisini belə ifadə edib:

Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,
Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor,
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

Türk tarixçisi professor Bahəddin Ögəl bayraq haqqında çox maraqlı fikir söyləyib: "Bayraq qoruyucu bir ruhdur. O, bir zəfər Tanrısıdır. Bayraq müqəddəs və mübarək adam kimidir. Kökü, dibi yerdə, başı isə göylərdə olan bir varlıqdır. Göylərdə sonsuzlaşır, yayılır, ucalır. Bayraq millətlərin nəslinin və kökünün rəmzidir". Bu, doğrudan da belədir. Bayraq millətin, xalqın qüruru və ürəyidir. Bayrağın dəyəri onun parçasının pambıq, atlas, yaxud ipək olması ilə ölçülmür. Onun qiyməti təmsil etdiyi dövlətin, millətin dəyəri ilə ölçülür. Bayraq dövlətin hakimiyyətini, müstəqilliyini və şərəfini təmsil etdiyi üçün ona xüsusi sayğı göstərilir. 
44 günlük Vətən müharibəsində Azərbaycan xalqının bayraq sevgisi daha qabarıq sərgiləndi. Həmin günlər bayrağımız milli-mənəvi varlığımızın, Azərbaycan dövlətçiliyinin simvolu idi. Azad olunan Vətən torpaqlarına sancılan bayraqlar Zəfər rəngində idi və millətin döyüşkənliyini, dövlətimizin yenilməzliyini əks etdirirdi. Hətta şəhidlərin sinəsində, ürəklərinin üstündə Azərbaycan bayrağı vardı. O günlər "yaşıl donlu, al duvaqlı, mavi gözlü sevdiyim"ə olan Məcnun eşqimiz Zəfərə gedən yolda döyüş ruhumuzu, qələbə ümidimizi artırdı. Gözümüzü ən çox oxşayan, hər yerdə qarşımıza çıxan qürurla dalğalanan üçrəngli bayrağımız oldu. Azad olmuş Qarabağda və Şərqi Zəngəzurda  ən uca yerlərdə vüqarla dalğalandı, ox olub düşmən gözünə batdı. Bayrağımız həmçinin şəhidlərimizin tabutuna, məzarına örpək oldu. Hər şəhid anası, atası, yaxını onu öpərək gözünün üstünə qoydu, bağrına basdı - balası əvəzinə, atası, qardaşı yerinə. Şəhidinin qoxusu çökmüş o müqəddəs bayraq indi evin yuxarı başında "məskən salıb".
Bu gün bayrağımız bütövləşmiş vətənimizin hər yerində dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz əlləri ilə göylərə ucaltdığı bayrağımız  Şuşadan, Xankəndidən bütün dünyaya mesaj verir ki, mən burada - təmsil etdiyim yurdumdayam, vətənimdəyəm. 

Azərbaycan, Azərbaycan!
Üçrəngli bayrağınla məsud yaşa... 

O bayrağınla ki, ötən 105 ildə nə qədər kədər, iztirab, işgəncə yaşasa da, Azərbaycanın bütövlüyünün və böyüklüyünün rəmzi olaraq bu günəcən gəlib çıxıb. Bu gün o, dünyanın hər yerində yaşayan soydaşlarımızın and yeridir. Bayrağa sahib olmaq elə də asan deyil. Ona görə də başlar düşmədən bayraq yerə düşməz. O da ola mavi gözlü, al duvaqlı, yaşıl donlu bizim bayraq.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!