17 İyul 2026 12:18
122
CƏMİYYƏT
A- A+
Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun anım günü qeyd olunub  

Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun anım günü qeyd olunub  

Anar Novruzov 1976-ci il mayın 12-də Ərkivanda dünyaya göz açıb. 10 uşaqlı ailədə böyüyüb. Ömrünü, taleyini yurdun müdafiəsinə - hərbi işə bağlayıb. 44 illik ömrünün 26 ilini bu xidmətə sərf edib. 

Bir çox döyüşlərdə, o cümlədən Aprel döyüşlərində fərqlənib, təltif olunub. Tovuz döyüşü baş verən zaman xəstə olduğu halda, müalicəsini yarımçıq qoyaraq döyüşə atılıb. Kəşfiyyatçı idi, ona vətənin ehtiyacı var idi. Dostu Polad Həşimovun çağırışı ilə döyüşə qatılıb. Bu onların son döyüşü olub. 

Anar Novruzov dünyaya göz açdığı Ərkivanda torpağa tapşırılıb. Həyat yoldaşı Nailə xanım, qızı Firuzə, oğlu Nihad hər an onu öz yanlarında hiss edirlər. “Özü olmasa da, ruhu bizimlədir”, - deyir qızı Firuzə. O, atasından sonra universitet bitirib. Tarix müəllimidir. Oğlu Nihad isə hərbi həkim olmaq arzusundadır. 

Masallıda şəhid Anar Novruzovun xatirəsi həmişə əziz tutulur. Ümumiyyətlə, rayonda şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, problemlərinin həlli istiqamətində operativ addımlar atılır. 

Bu günlər rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, şəhid ailələri və qəsəbə sakinləri Ərkivan qəsəbəsində Tovuz döyüşləri şəhidi mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun anım günü ilə əlaqədar məzarını ziyarət etmişlər. 

Şəhidin ailə üzvləri göstərilən diqqətə görə ziyarətə gələnlərə minnətdarlıqlarını bildirmişlər. 

 Seyran CAVADOV, 

   “Azərbaycan”

 



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:25
17 İyul

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:24
17 İyul

Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:22
17 İyul

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 

12:21
17 İyul

Nazirlər Kabinetinin iclası keçirilir

12:19
17 İyul

Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun anım günü qeyd olunub  

12:18
17 İyul

Ser Deyvi FIFA-dan argentinalı oyunçuların Dünya Kuboku finalından kənarlaşdırılmasını tələb edib  

12:17
17 İyul

Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı artıb  

12:16
17 İyul

"Neftçi"nin UEFA Konfrans Liqasında rəqibi bəlli oldu  

12:15
17 İyul

UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsində bolqarlarla görüşəcək   

12:14
17 İyul

Vozinya: "Məni marketinq aləti kimi deyil, futbolçu kimi görən bir klub tapmaq istəyirəm"  

12:13
17 İyul

London meri Sadiq Xan lord olacaq

12:12
17 İyul

"Zirə" UEFA Konfrans Liqasında mərhələni keçdi 

12:10
17 İyul

Donald Tramp İspaniya-Argentina finalından sonra qalibləri mükafatlandıracaq  

12:09
17 İyul

Futbol üzrə dünya çempionatının final matçı təxirə salına bilər

10:54
17 İyul

Konkret nəticələri olan uğurlu əməkdaşlıq nümunəsi

10:45
17 İyul

Anar Quliyev BMT-də Yüksəksəviyyəli İclasda Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı ölkə hesabatını təqdim edib

10:18
17 İyul

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

10:11
17 İyul

Bolqarıstan "istəklilər koalisiyası"nda iştirakdan niyə imtina edib?

10:05
17 İyul

Nizami ruhunun ekran təcəssümü

10:00
17 İyul

64 illik ömrün notları 

09:55
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!