22 Sentyabr 2026 09:50
166
CƏMİYYƏT
A- A+
Masallıda şəhid anaları ilə görüş keçirilib

Masallıda şəhid anaları ilə görüş keçirilib


Görüşdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ailələrinə göstərilən dövlət qayğısının əhəmiyyəti vurğulanıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı  Araz Əhmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinin sosial-məişət məsələlərinin həlli, onların problemlərinin diqqətdə saxlanılması və dövlət qayğısı ilə əhatə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Araz Əhmədov Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri ilə mütəmadi görüşlərin keçirildiyini, onların müraciət və qayğılarının həssaslıqla qarşılandığını qeyd edib. Bu diqqət və qayğının növbəti nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun Masallıdan olan şəhid anaları ilə keçirdiyi görüşün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Bildirilib ki, Anar Ələkbərovun şəhid anaları ilə görüşü dövlətin şəhid ailələrinə olan yüksək ehtiramının və onların daim diqqət mərkəzində saxlanıldığının bariz ifadəsidir. Görüş zamanı şəhid analarının qayğı və düşüncələrinin dinlənilməsi, onlarla səmimi söhbət aparılması dövlət rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqətin mühüm göstəricilərindən biri kimi qiymətləndirilib.

Rayon icra hakimiyyətinin başçısı şəhid anaları ilə söhbət zamanı onların gündəlik qayğıları, sosial-məişət məsələləri və qarşılaşdıqları çətinliklərlə maraqlanıb, səsləndirilən müraciətlərin diqqətdə saxlanılacağını bildirib.

Şəhid anaları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən yüksək ehtiramı, eləcə də Masallı Rayon İcra Hakimiyyəti tərəfindən onların daim diqqətdə saxlanılmasını yüksək qiymətləndiriblər. Şəhid anaları bildiriblər ki, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinə həssaslıqla yanaşılır, problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür. Onlar şəhid ailələrinə göstərilən dövlət qayğısının hər zaman özlərini mənəvi cəhətdən dəstəklədiyini qeyd edərək bu diqqətə görə təşəkkürlərini çatdırıblar.

Görüşdə şəhidlərin keçdiyi şərəfli döyüş yolunun, onların Vətən qarşısında göstərdikləri qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının vacibliyi də vurğulanıb. Qeyd olunub ki, şəhidlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onların ailələrinə və yaxınlarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək. 


Seyran CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb

10:40
22 Sentyabr

ABŞ Eritreya hakim partiyasına və ordusuna qarşı sanksiyaları ləğv etdi

10:35
22 Sentyabr

ABŞ və Çin ticarət və süni intellekt mövzularında konstruktiv məsləhətləşmələr aparıblar

10:30
22 Sentyabr

Sudanda mədən çökməsi nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

10:25
22 Sentyabr

"Formula-1" Azərbaycan Qran-prisinə 2 gün qaldı

10:20
22 Sentyabr

Dəniz şəhərində polad avtoqraf  

10:15
22 Sentyabr

Yeni layihələr, işgüzar görüşlər, genişlənən əməkdaşlıq

10:10
22 Sentyabr

Azərbaycan nefti 116 dollara satılır

10:00
22 Sentyabr

Tarix yazan qəhrəman

10:00
22 Sentyabr

Kolumbiya səfiri “ASAN xidmət”də olub

09:59
22 Sentyabr

Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb

09:57
22 Sentyabr

Keçmiş məcburi köçkün: Bundan sevincli, bundan şad gün ola bilməz

09:56
22 Sentyabr

Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün: Çox şükür bugünkü günümüzə

09:55
22 Sentyabr

Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb

09:54
22 Sentyabr

Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb

09:52
22 Sentyabr

Masallıda şəhid anaları ilə görüş keçirilib

09:50
22 Sentyabr

Xalqına Zəfər qüruru bəxş edən igid oğullardan biri

09:40
22 Sentyabr

Vətənpərvər oğulların qəhrəmanlığı düşməni diz çökdürdü

09:30
22 Sentyabr

"Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminar keçirilib

09:20
22 Sentyabr

Diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir 

09:10
22 Sentyabr

Bakıda keçirilən tədbirlər çoxşaxəli tərəfdaşlığı genişləndirir

09:00
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!