25 Noyabr 2022 02:52
312
İQTİSADİYYAT
A- A+

Masallıda ilk dəfə zeytun bağı salınıb

 

Bakı-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində zeytun bağı salınıb. Ağacların əkilməsi Masallı Rayon İcra Hakimiyyəti və Viləşçay Su Anbarı İstismarı İdarəsinin təşəbbüsü ilə həyata keçirilib.
Bağ üçün ayrılan sahədə 1500 ədəd zeytun ağacı və sınaq məqsədi ilə 20 ədəd badam ağacı əkilib.
Zeytun Masallının torpaq-iqlim şəraitinə uyğun olduğundan bu bitkinin əkilməsinə qərar verilib. Yaxşı qulluq göstərildikdə və becərmələr aqrotexniki qaydalar əsasında aparıldıqda tez boy atır, yaxşı məhsul verir.
Bundan başqa, rayonun Hüseynhacılı kəndi yaxınlığında zeytun yetişdirmək üçün ayrılan sahə də bu baxımdan tam əlverişlidir. Əkinə qədər ərazinin iqlim və florası bərpa edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qeyd edib ki, zeytun qiymətli qida məhsuludur. Zeytun yağı və süfrəlik zeytun məhsullarına həmişə ehtiyac var. Bunu bu yaxınlarda, noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində "Abşeron Zeytun Bağları" Məhdud Məsuliyyətli Cəmiyyətinin regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışı zamanı da qeyd edib.
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov bildirib ki, zeytundan başqa, 20 ədəd badam ağacı da əkilib. Gələcəkdə zeytun ağacları ilə yanaşı, bu bitkinin də rayonda geniş yayılması təmin olunacaq.
Masallı rayonunda yeni zeytun bağlarının və ənənəvi digər yaşıllıq zolaqlarının salınması bundan sonra da davam etdiriləcək. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video