26 Aprel 2024 21:46
267
CƏMİYYƏT
A- A+

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

 

Bakıda “Azərbaycanda Rusiya Kinosu Günləri” keçirilir və AZƏRTAC-ın müxbiri bu tədbir çərçivəsində qonaqlara Azərbaycan paytaxtına gələn hər kəs tərəfindən sevilən ən məşhur yerləri göstərib.

Rusiyanın tanınmış artistləri - “Müasir pyes məktəbi" Teatrının, “Luna” Teatrının və Komediya Teatrının aktrisası Yelena Zaxarova, “Çayka” filminin rejissoru, V. Mayakovski adına Moskva Akademik Teatrının aktrisası Polina Lazareva, “Nürnberq” filmində baş rolun ifaçısı, Dövlət Millətlər Teatrının aktyoru Sergey Kempo və layihənin prodüseri, Rusiyanın Əməkdar mədəniyyət işçisi Yelena Lebedeva və həyat yoldaşı Bakının şəhər panoramasının açıldığı ən yüksək nöqtəsindəki müşahidə meydançasına qalxaraq, parlaq günəş işığında buxtanın mənzərələrinə heyranlıqla tamaşa ediblər.

Daha sonra qonaqlar İslam memarlığının ən əhəmiyyətli abidələrindən biri olan Bibiheybət məscidini ziyarət ediblər. Onlar XIII əsrə aid olan, bir çox müharibələrə və siyasi çətinliklərə şahidlik edən, lakin 1930-cu illərin dinlə mübarizə "dalğasına" müqavimət göstərə bilməyən qədim məbəd və buranı ziyarət edən məşhur insanlar, o cümlədən Aleksandr Dümanı bu məscidə qonaq gətirən sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvan haqqında məlumatları böyük maraqla dinləyiblər.

Qonaqlar 1999-cu ildə köhnə eskizlər əsasında və müasir reallıqlar nəzərə alınmaqla yenidən inşa edilən müasir məscidin görünüşünü qiymətləndirib və yeni kompleksin daha böyük və bəzəklərlə işlənmiş daxili hissəsi ilə tanış olublar.

Sonra qonaqlar Bakı buxtasına açılan başqa bir mənzərənin seyrinə davam ediblər. Məşhur artistlər bir vaxtlar sakinlərin dənizin üzərində yanan alovların (bunlar qabarcıqlar şəklində suyun səthinə çıxan neft qazları idi – red.) arasında qayıqla gəzməyə çıxmalarına dair hekayələri böyük maraqla dinləyiblər. Məlumat verilib ki, Bibiheybət dünyanın ilk neft quyusunun qazıldığı yer olduğuna görə, burada neft buruqları digər yerlərə nisbətən daha erkən kəşf olunub. Məhz burada Bakı taciri Qasımbəy dənizin tərkindən dünyanın ilk neft hasilatını həyata keçirib. Qonaqlara Bibiheybət körfəzinin nəhəng ərazisinin neft hasilatını asanlaşdırmaq üçün praktiki olaraq əllə doldurulduğu barədə də danışılıb.

Əlbəttə ki, rusiyalı qonaqlar daha sonra yüngül mehi və gözəl yaz havası ilə ürəkləri oxşayan Bakının Dənizkənarı bulvarında gəzintiyə çıxıblar, onlara bu bənzərsiz məkanın yaranma tarixi barədə məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video