14 Yanvar 2025 08:50
437
CƏMİYYƏT
A- A+
Maraq və fəallıq yüksəkdir

Maraq və fəallıq yüksəkdir


Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində bu mühüm siyasi kampaniyaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Seçkilərə hazırlıq işlərinin görülməsinə kömək etmək üçün şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə qərargah yaradılmış, seçki orqanları ilə birgə hazırlıq işlərinə məsul olan təşkilatların fəaliyyəti əlaqələndirilmişdir.

Rayonda 3 seçki dairəsi üzrə 132 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 139,2 min nəfərdir. Məntəqələrdə seçki komissiyalarında normal iş şəraitinin yaradılması üçün zəruri tədbirlər görülmüşdür. Belə ki, məsul şəxslərin iştirakı ilə seçki məntəqələrinin yerləşdiyi binalara baxış keçirilmişdir. Məlum olmuşdur ki, bütün məntəqələrin yerləşdiyi binalar təmir olunmuş, elektrik, təbii qaz, su və telefonla təmin olunmuşdur. Bundan əlavə, məntəqələrdəki elektrik generatorlarına texniki baxış keçirilərək saz vəziyyətə gətirilmişdir. Eyni zamanda təşviqat materiallarının yerləşdirilməsi üçün seçki məntəqələrinin ərazisində 132 təşviqat lövhəsi quraşdırılmışdır. 

Məntəqələrin hər birində seçici siyahıları seçicilərin yaxşı görə biləcəyi yerlərdəki məlumat lövhələrində yerləşdirilmişdir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, seçici siyahıları gündəlik dəqiqləşdirilir. Həqiqi hərbi xidmətdən tərxis olunanlar, əraziyə daimi yaşamağa gələnlər, o cümlədən qeydiyyatsız daimi yaşayanlar, hərbi xidmətə çağırılanlar, qeydiyyatda olub digər şəhər və rayonlarda daimi, o cümlədən müvəqqəti və bir ildən artıq xarici ölkələrdə yaşayanlar, vəfat edənlər, əyani təhsil alan tələbələr, ilk dəfə səs verənlər, ən yaşlı seçicilər, seçki məntəqəsinə gəlməkdə çətinliyi olanlar və şəxsiyyət vəsiqəsi olmayanlar barədə əldə edilən məlumatlar əsasında müvafiq düzəlişlər olunur. Yeri gəlmişkən bildirək ki, rayon üzrə ilk dəfə səs verənlərin sayı 649, seçki günü 18 yaşı tamam olanların sayı 45,  ən yaşlı seşicilərin sayı 2049, o cümlədən yaşı 100-dən artıq olan seçicilərin sayı 3 nəfərdir. 

Həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna müvafiq  olaraq, bələdiyyə seçkiləri ilə əlaqədar vətəndaşların, siyasi partiyaların və ictimai birliklərin yığıncaqlarının, mitinqlərinin qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsi və seçkiqabağı təşviqatın aparılması üçün rayon ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilmişdir. Rayonun yaşayış məntəqələri üzrə açıq yerlərin sayı 93, qapalı yerlərin sayı 56-dır.  

Lənkəranda 24 bələdiyyə üzrə ümumilikdə 278 nəfər bələdiyyə üzvü seçilməlidir. 278 bələdiyyə üzvlüyünə Yeni Azərbaycan Partiyası tərəfindən 278, Ədalət, Hüquq və Demokratiya, Ümid partiyalarının hər birindən 1, Böyük Qurtuluş Partiyasından 3 nəfərin namizədlikləri irəli sürülmüşdür. Tərəfsiz olmaqla öz təşəbbüsləri ilə namizədliklərini irəli sürənlərin sayı isə 218 nəfərdir.  

Yanvar ayının 6-dan qeydə alınmış namizədlər üçün seçkinin təşviqat və təbliğat mərhələsi başlamışdır. Bununla bağlı bütün namizədlər üçün bərabər şərait yaradılmış və namizədlərin təşviqat materiallarının təşviqat lövhələrində yerləşdirilməsi, eyni zamanda şəhər icra hakimiyyəti tərəfindən ayrılmış qapalı və açıq yerlərdə namizədlərin seçicilərlə görüşləri təmin olunmuşdur.

76 saylı Lənkəran-Masallı seçki dairəsində olduq. Dairə seçki komissiyasının sədri Cəmil Hüseynov bütün məntəqələrdə hazırlıq işlərinin başa çatdığını bildirdi. Xarxatan kəndindəki 29 nömrəli məntəqənin sədri Faiq Babayevin sözlərinə görə,  seçkilərə tam hazırdırlar. 1472 seçicinin siyahısı dəqiqləşdirilmiş, səsvermə qutuları və kabinələr qaydalar əsasında hazırlanmışdır. 

Öyrəndik ki, məntəqə üzrə 25 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək. 16 nəfər seçicinin isə yaşı 80-dən yuxarıdır. Rayonun ən yaşlı seçicilərindən olan Qızbəs Səmid qızı Mehdiyeva bu məntəqədə səs verəcək. 105 yaşlı Qızbəs nənə böyük həyat yolu keçmiş, sovet dönəmində yerli təsərrüfatda müxtəlif vəzifələrdə çalışmışdır. Onu da qeyd edək ki, Qızbəs Mehdiyevanın 7 övladı, 27 nəvəsi, 45 nəticəsi və 12 kötükcəsi var. Bizimlə söhbət zamanı bildirdi ki, səhhəti imkan versə, məntəqədə səs verəcək: "Əgər bu alınmasa, onda daşınan seçki qutusunun evimə gətirilməsini xahiş edəcəyəm".


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb  

11:13
07 Oktyabr

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb  

11:11
07 Oktyabr

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb  

11:10
07 Oktyabr

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

11:08
07 Oktyabr

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

11:07
07 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

11:06
07 Oktyabr

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik  

11:05
07 Oktyabr

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

11:04
07 Oktyabr

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb  

10:34
07 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb 

10:33
07 Oktyabr

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

09:58
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!