27 May 2023 22:39
476
SİYASƏT
A- A+
Maksim Şevçenko: Prezident İlham Əliyev özündə yüksək diplomatiyanın ən yaxşı keyfiyyətlərini birləşdirir

Maksim Şevçenko: Prezident İlham Əliyev özündə yüksək diplomatiyanın ən yaxşı keyfiyyətlərini birləşdirir

 

Ədalətin bərpa olunması (mən hər şeydən əvvəl Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və didərgin düşmüş əhalinin qaytarılması imkanını nəzərdə tuturam), azərbaycanlılar və ermənilər arasında sülhün yenidən bərqərar olması prosesinin başlanması Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, bütün Azərbaycan xalqının böyük xidmətidir.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən rusiyalı jurnalist, siyasi və ictimai xadim Maksim Şevçenko söyləyib.

M.Şevçenko əlavə edib: “28 May təkcə Azərbaycan xalqı deyil, həm də bütün dünya üçün əlamətdar tarixdir. Bir rus insanı kimi, bu tarix mənim üçün də mühümdür. Allah Müqəddəs “Qurani-Kərim”də buyurub: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəmdən və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. Qafqazda sülh və sakitliyin olması o deməkdir ki, rus insanın qəlbində də sülh və sakitlik olacaq”.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünü şərh edən M.Şevçenko qeyd edib: “Prezident İlham Əliyev özündə yüksək diplomatiyanın ən yaxşı keyfiyyətlərini birləşdirir. Bu keyfiyyətlər müxtəlif etnik mənşəyə mənsub insanların, çoxlu xanlıqların bir-biri ilə həmişə ümumi dil tapdığı Azərbaycanın qədim mədəniyyətinin, Azərbaycan sivilizasiyasının dərinliklərindən, onun atası Heydər Əliyevin şəxsiyyətindən, sənin həqiqətin və ədalətin tərəfində olduğun və sadəcə tələsmədən bu yolla irəliləməyin lazım olması anlayışından irəli gəlir. İlham Heydər oğlu bütün bunları həyata keçirir və bizim hamımıza örnək olur”.

Rusiyalı jurnalistin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurla başa çatması bir çox hallarda Türkiyədə keçirilən seçkilərin nəticələrindən asılıdır. O deyib: “Ərdoğan qələbə qazanarsa, ümidvaram ki, bu belə də olacaq, onda sülh prosesi böyük addımlarla irəliləyəcək. Türkiyə Prezidenti böyük siyasətçi, Azərbaycan xalqının dostudur. O, bunu ən ağır məqamlarda nümayiş etdirib. Onun Ukrayna ilə bağlı mövqeyi də çox mühümdür. Onun rəqibinin qalib gələcəyi təqdirdə, hesab edirəm ki, müharibəyə aparan yol açılacaq”.

Politoloq vurğulayıb ki, Rusiyanın Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı mövqeyini tam dəstəkləyir. “Mən Rusiyanın Ukrayna ilə bağlı mövqeyini tənqid edirəm, lakin onun Cənubi Qafqaz siyasətini tam dəstəkləyirəm. Rusiya Prezidentinin mövqeyi ondan ibarətdir ki, Qarabağ Azərbaycandır. Moskva Ermənistan rəhbərliyini sərhədlərin delimitasiyasına, sülh prosesinə sövq edir və bu istiqamətdə Nikol Paşinyanı dəstəkləyir. Başa düşürəm ki, Paşinyan böyük təzyiq altındadır. Dünyaya səpələnmiş bütün erməni qruplarının - Kaliforniya, Paris, Moskvanın Zubov bulvarında yaşayan ermənilərin cəmi bir milyondan çox əhalisi olan balaca Ermənistan dövlətinin taleyi ilə bağlı xüsusi mülahizələri var. Onlar düşünürlər ki, Ermənistanda necə yaşamaq lazım olduğunu bilirlər. Lakin Sevan gölünün ətrafında yaşayan ermənilər “Qarabağ Azərbaycandır” deyən Paşinyanı seçirlər. Krasnodarda anadan olmuş Marqarita Simonyanın bununla nə əlaqəsi var? Hesab edirəm ki, bu məsələ yalnız Ermənistan Respublikasının vətəndaşlarına aiddir və onlar Azərbaycanla sülhün olmasında real şəkildə maraqlıdır. Ermənistan xalqı bunu müharibədən sonra – 2020-ci ildə keçirilən seçkilərdə də sübut etdi. Hamı düşünürdü ki, Paşinyanın sonu çatıb, amma müharibə partiyalarının - Sarkisyan və Köçəryanın sonu gəldi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!