Madriddə karantin tətbiq olundu
Koronavirusla bağlı vəziyyət pisləşdiyi üçün İspaniya hökuməti paytaxt Madriddə karantin tətbiq etmişdir. Bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən "The Guardian” qəzeti xəbər verir. Nazir Salvador İlya demişdir ki, "Madridin sağlamlığı İspaniyanın sağlamlığıdır. Madrid xüsusi şəhərdir”.
Paytaxt sakinlərinə ancaq bəzi hallarda, o cümlədən işə getmək üçün evdən çıxmağa icazə veriləcək. Həmçinin məlumdur ki, barlar və restoranlar iş saatlarını azaldacaq, ictimai yerlərdə isə 6 nəfərdən çox adamın toplaşması qadağan olunacaq.
Qeyd edilir ki, mərkəzi hakimiyyət orqanları zəruri karantin tədbirləri haqqında müzakirələrdə bələdiyyələri üstələyib daha sərt variantın qəbuluna nail olmuşdur.
Koronavirus pandemiyası başlayandan bəri ölkədə 749 min nəfərə yaxın adam xəstəliyə yoluxmuş, 31 min nəfərdən çox adam vəfat etmişdir.
Ötən yazda hökumətin tətbiq etdiyi sərt karantin rejimi sonradan ləğv olunmuşdu. Lakin son vaxtlar xəstəlik hallarının sayı artdığından müxtəlif regionlarda yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!