12 Noyabr 2024 17:07
369
CƏMİYYƏT
A- A+
Liberiyalı nümayəndə: Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı təcrübəsini hər zaman xatırlayacağıq  

Liberiyalı nümayəndə: Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı təcrübəsini hər zaman xatırlayacağıq  

COP29 konfransında iştirak edən ölkələrin iqlim maliyyəsində razılığa gəlməsi ilə bağlı gözləntimiz var. İqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr arasında yer alan Liberiyanın da bu maliyyəyə əlçatanlıq qazanması zəruridir. Biz iqlim maliyyəsinin və ona əlçatanlığın təmin olunmasını gözləyirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29 çərçivəsində ölkəmizə gələn liberiyalı xanım Meapeh Kou Gono söyləyib.

Azərbaycanın ev sahibliyi etdiyi COP29-da təşkilati işlərin yüksək səviyyədə aparıldığını diqqətə çatdıran liberiyalı iştirakçı əlavə edib: “Burada hər şey əlçatandır. Təbiət mənzərələri möhtəşəmdir, insanlar isə son dərəcə mehriban və qonaqpərvərdir. COP29 iqlim dəyişikliyi mövzusunda vacib bir platformadır və bu təcrübəni hər zaman xatırlayacağıq. Çünki burada yüksək səviyyədə qarşılanmışıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!