13 Avqust 2014 02:08
107
CƏMİYYƏT
A- A+
Lerik turizm diyarıdır

Lerik turizm diyarıdır

 

Lənkəran-Lerik yolu ilə maşınımız yuxarı - dağlara sarı qalxdıqca bağlı-bağatlı həyətlər, abad evlər arxada qalır. Bir azdan bizi zümrüd meşələr qoynuna alır. Qollu-budaqlı dəmirağaclara, qamətli palıdlara və onlara nisbətən incəliyi ilə seçilən vələslərə tamaşa etməkdən doymursan.

Orta əsrlərdən yadigar qalan Baba Rəhman, Babagil, İmam türbələri bu yolun üstündədir. Hər gün bu müqəddəs abidələrin ziyarətinə neçə-neçə adam gəlir,  ağaclar altında xalça-palaz sərib dincəlirlər.

Piran kəndindən başlayaraq turizm mərkəzləri sıralanır:  "Çənlibel", "Təbəssüm", "Meşəbəyi", "Ağgöl", "Qala", "Həyat", "Relax", "Cənub", "Dağ çayı"... Bu istirahət ocaqları son on ildə tikilib. İlin bütün fəsillərində qapıları turistlərin üzünə açıqdır.

"Təbəssüm" Lerikdəki istirahət mərkəzlərinin ilkidir. Buradakı rahat kotteclər bir gün belə boş qalmır. Nümunəvi xidmət, yerli materiallardan hazırlanmış istirahət yerləri, bumbuz bulaqlar, şəlalələr qonaqların ürəyincədir. Telefonla qəbul edilən sifarişlər turistlərin arxayın gəlməsini təmin edir, vaxt itkilərinin qarşısını alır. "Təbəssüm" də müştərilərini təbəssümlə qarşılayıb, yola salır.

"Meşəbəyi" bu bölgədə böyük istirahət mərkəzlərindən biridir. Təbiətin füsunkar, gözoxşayan, ürəkaçan guşəsindədir. İkimərtəbəli evlərdə və kotteclərdə 100-120 nəfər qəbul edilir.  Burada otaqlar və məişət obyektləri müasir avadanlıqlarla təchiz olunub. Sakit guşələrin birində oturub quşların səsinə, suların şırıltısına, yarpaqların pıçıltısına qulaq asmaqdan doymursan.

Mərkəzin direktoru Hidayət Babayev deyir ki, bura gələn turistlər çayda balıq tutur, at belində meşələrdən keçən  marşrutlarla dağlara qalxıb mavi  Xəzəri, abad dağ  kəndlərini seyr edir, dərman bitkiləri toplayırlar. Axşam onları münasib qiymətə bölgə mətbəxinin dadlı  yeməkləri, musiqi və rəqs, çayxanada ağsaqqalların söhbətləri gözləyir. İstirahətə gələnlərin sağlamlığının qorunması diqqətdən yayınmayır. Onlar istədikləri vaxtda həkim məntəqəsində tibb işçilərinə müraciət edib məsləhət alırlar.

Yolun 33-cü kilometrliyində "Relax" istirahət mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə səfəri zamanı açılıb. Meşələr qoynunda şəhərciyi xatırladır. "Relax" ölkəmizin sərhədlərindən uzaqlarda da tanınır. Əcnəbi turistlər buraya üz tutur,  bölgənin zəngin fauna və florası ilə tanış olur, uzunömürlülərin həyat tərzi ilə maraqlanır, onların söhbətlərini dinləyir, xalqımızın adət-ənənələri barədə məlumat alırlar.

Şəhərcikdə rahat kottec tipli evlər, 2-3 otaqlı lüks apartamentlər turistlərin ixtiyarındadır. Evlərin həyətyanı torpaq sahəsi güllü-çiçəklidir. Otaqlarda kabel televiziyası quraşdırılmış, telefon qoyulmuşdur. Şərq üslubunda küləfirəngiyə xalça və cecim döşənmiş, kömürlə qaynayan samovarlar qoyulmuşdur.

Uşaqlar da unudulmayıb. Uşaq meydançasında yelləncəklər, avtoqatar, hovuz, fırlanğıclar, velosipedlər onların ixtiyarına verilmişdir. Kiçik göllərdə qayıq sürməyi öyrədirlər.  Onlar valideynləri ilə rahat maşında Lerik şəhərinə gedib tarix-diyarşünaslıq və "Uzunömürlülər" muzeyinin eksponatları ilə tanış olur, söhbətlərini dinləyir, ağsaqqalların həyatı barədə qısametrajlı filmlərə baxırlar.

"Relax"da  350 nəfərlik restoranda hazırlanan milli yeməklər, Lerikdə yetişən meyvələr, bulaqların mineral suları turistlərin çox xoşuna gəlir. 

Mərkəzin baş inzibatçısı Elvin Babayev deyir ki, istirahət və turizm mərkəzinin sahəsi böyük olduğundan qonaqları əyləncə yerlərinə,  səhər və nahar yeməyinə xüsusi maşınlar aparıb-gətirir. Dincələnlərin vaxtı boş keçmir. Yolasalma mərasimi onlarda xoş təəssürat yaradır.

Builki turist mövsümündə "Relax"ın Zuvand filialı fəaliyyətə başlayıb. İlk olaraq 7 kottec istifadəyə verilib. Zuvandın füsunkar təbiəti burada dincələnləri məftun edir. At belində dağlara qalxıb qədim insan məskənləri Büzeyir və Zuvandçay mağaraları ilə tanış olur, Sahal dağından ağ saçlı Savalanı seyr edirlər. Axşamüstü göldə qayıqlarda gəzib dincəlirlər. Nümunəvi məişət və rabitə xidməti turistlərin ürəyincədir. Maraqlı tədbirlər onlarda xoş ovqat yaradır.

Bulaqların üstündə, bağlarda neçə-neçə çadır qurulub. Hələ şəhərdəki məişət şəraitindən heç də geri qalmayan kəndli evlərində kirayə ilə dincələnləri demirəm. Dünyanın 11 iqlim tipinin 8-nin bu yerdə olması Zuvandı turist məkanına çevirmişdir.

Keçən il Lerik - Kəlvəz asfalt yolunun istifadəyə verilməsi bu diyara gediş-gəlişi asanlaşdırıb. Yolun açılışı ilə "Doqquz qardaş" istirahət mərkəzinin istifadəyə verilməsi bir vaxta düşüb. Yeni mərkəzdə qiymətlərin ucuz, hər kottecdə mətbəxin olması turistlər üçün sərfəlidir. Gəzintilər zamanı nəqliyyatın pulsuz olmasını da buna əlavə etmək lazımdır.

Lerik ölkəmizdə artıq turizm diyarı kimi tanınır. Azərbaycan Prezident İlham Əliyevin sərəncamı ilə tikilməkdə olan Noda-Xanagah yolunun istifadəyə verilməsi turizm mərkəzlərini ikiqat artıracaq, yeni iş yerləri açılacaq.

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!