04 İyun 2022 00:23
899
İQTİSADİYYAT
A- A+
Lerik qoyunçularının qışlaq problemi var

Lerik qoyunçularının qışlaq problemi var

 

Səmərəli məşğul olduqda qoyunçuluq həm gəlirli, həm də lazımlı sahədir. Niyə də olmasın. Əti, südü, pendiri əvəzsiz ərzaqdır. Yunundan isə məişətin bir çox sahələrində, o cümlədən xalçaçılıqda qiymətli xammal kimi istifadə olunur.

Elə bu səbəbdən qədim zamanlardan təsərrüfatın bu sahəsinə maraq çox olmuşdur. Hətta o səviyyədə ki, xalqımız qoyunçuluqla bağlı silsilə nəğmələr qoşmuş, məsəllər yaratmışdır. Məsələn, "Qoyunlu evlər gördüm, qurulu yaya bənzər, qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər" kimi.

Ölkəmizdə kənd təsərrüfatı sahəsində bazar iqtisadiyyatına əsaslanan özəl təsərrüfatçılıq ənənələri gündən-günə inkişaf edir. Bu isə aqrar siyasət mexanizmlərinin formalaşdırılmasına, sözügedən sahədə yeni inkişaf məqsədlərinin həyata keçirilməsinə imkan verir. Prezident tərəfindən aqrar islahatların yeni mərhələsinin başlaması ilə bağlı qəbul edilən qərarlar, imzalanan sərəncamlar kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən özəl təsərrüfat subyektlərinin stimullaşdırılmasını, istehsal vasitələri ilə təminatın bazar prinsipləri əsasında yaxşılaşdırılmasını, əldə olunan məhsulun daxili və xarici bazarlara çıxarılmasını və açıq iqtisadi sistem şəraitində rəqabət qabiliyyətinin yüksəldilməsini mümkün edir. 

Lerikdə əsas təsərrüfat sahələrindən biri də heyvandarlıqdır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidov deyir ki, Lerikdə həm ailə, həm də kəndli-fermer və şəxsi təsərrüfatlarda 2022-ci ilin 1 yanvar tarixinə 38,9 min qaramal, 112,1 min baş davar olmuşdur: "2021-ci ildə 5 min 491,4 ton ət, 23 min 961,2 ton süd, 218,4 ton yun istehsal edilmişdir. Ötən ildəkinə nisbətən məhsul istehsalında artım qeydə alınmışdır".

Lakin çox təəssüfləndirici haldır ki, rayon üzrə qoyun və keçilərin sayı 2,3 min  baş azalmışdır. Bunun səbəbsiz olmadığını deyən direktor bildirdi ki, rayon dağlıq ərazidə yerləşdiyindən qoyunçuluqla məşğul olan fermerlər heyvanları qışlama zamanı Biləsuvar və Neftçala rayonlarının ərazisində yerləşən qışlaqlara aparırdılar: "Lakin rayonumuza əvvəllər təhkim olunmuş 25 min 345 hektar qış otlaq sahələri bizdən alınaraq qonşu Biləsuvar, Neftçala və Cəlilabad rayonlarına verilmişdir. Ardınca Biləsuvar və Neftçala Rayon İcra hakimiyyətləri tərəfindən qış otlaq sahələrindən istifadəyə görə fermerlərlə bağlanmış icarə müqavilələrinə birtərəfli qaydada xitam verilmişdir. Nəticədə qoyunların baş sayında azalmalar baş vermişdir. Çünki bir çox fermerlər qoyun və keçilərini satmaq məcburiyyətində qalmışlar. Qarşısı alınmazsa, bu proses rayonumuzda tarixi ənənəsi olan qoyunçuluğun inkişafına mənfi təsir göstərməkdə davam edəcək. Rayonumuza yeni qış otlaq sahələri təhkim olunmalıdır".

Hazırda qoyunçuluqda yun qırxımıdır. İl ərzində rayonda mövcud olan qoyun və quzulardan orta hesabla 200-220 ton yun istehsal olunur. Bu yun isə xammal kimi başqa rayonlara satılır. Amma bəzən bu cür qiymətli məhsulu satmaq mümkün olmur. Odur ki, problemin həlli üçün rayonda  yun qəbulu məntəqəsinin və yun emalı müəssisəsinin tikintisinə başlanmışdır. Yeri gəlmişkən qeyd edək ki, əvvəllər Lerikdə 600 nəfərdən çox qadının çalışdığı xalçaçılıq sexi olmuşdur. Rayonda istehsal olunan yundan gözoxşayan xalçalar toxunmuşdur. M.Zahidovun sözlərinə görə, yun emal edən müəssisənin tikilib istifadəyə verilməsi keçmiş ənənəni dirçəldəcək, yeni iş yerləri açılacaq: "Bu müəssisədə turistlərin həvəslə alıb Azərbaycandan xatirə olaraq aparacaqları suvenir xalçalar toxuna bilməzmi?! Əlbəttə, toxuna bilər və hər cəhətdən faydalı olar. Onda yun kimi qiymətli məhsul da uzun illər lazımsız bir əmtəə kimi anbarlarda yığılıb qalmaz".

 

Seyran CAVADOV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!