Lənkəran Dövlət Universiteti açıq tender (e-tender) elan edir
LOT-1. LDU-nun 2 saylı tədris korpusunun həyətində 5 mərtəbəli yeni tədris korpusunun tikintisi işləri
Lənkəran Dövlət Universiteti büdcədənkənar vəsaiti hesabına açıq tender metodu tətbiq etməklə elektron satınalma vasitəsilə “LDU-nun 2 saylı tədris korpusunun həyətində 5 mərtəbəli yeni tədris korpusunun tikintisi” işlərinin satın alınmasını həyata keçirir.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq öz tender təkliflərini https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki, maliyyə imkanlara malik olmalıdırlar.
İddiaçılar https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
İddiaçılar aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba “ASAN ödəniş” sistemi ilə köçürdükdən sonra Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.
Tenderdə iştirak haqqı LOT-1 1900 (bir min doqquz yüz) manat
Lənkəran Dövlət Universiteti
Hesab №: AZ97AIIB33080019443870045138
VÖEN: 2600135481
Kapital Bank ASC Lənkəran filialı
KOD: 200383
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BIK: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstəribsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
- nizamnaməsi;
- qeydiyyatdan keçdiyi ölkə;
- rekvizitləri.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07 iyul 2021-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 15 iyul 2021-ci il saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 16 iyul 2021-ci il saat 17:00-da dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!