30 Aprel 2024 18:20
150
CƏMİYYƏT
A- A+

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır

 

Otuz ildən çox həsrət qaldıq bu torpaqlara, ötən bu illərdə Laçının təbii sərvətlərindən də uzaq düşmüşdük. Artıq Laçınımız azaddır. Onun dağlarında, meşələrində bitən müalicəvi tərkibli min bir dərdə dərman olan bitkiləri mövsüm boyunca toplayıb tədarük edirik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Laçın sakini Osman Həsənov söyləyib.

Dəniz səviyyəsindən 1100 metrdən çox yüksəklikdə yerləşən Azərbaycanın dilbər guşəsi olan Laçın təbiəti, havası, suyu və münbit torpağı ilə tanınır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpağa malik olan bu yerlər zəngin bitki örtüyü ilə seçilir. Xüsusən də Laçının təbiətində müalicəvi əhəmiyyəti ilə fərqlənən bir çox bitki var.

Osman dayı 1948-ci ildə Laçının Mişni kəndində dünyaya göz açıb, uşaqlıqdan Laçının dağı, dərəsini gəzərək, orada bitən bitkilərin sirlərini mənimsəyib. Torpaqlarımız azad edildikdən sonra bu bitkiləri mövsüm boyu toplayaraq, təyinatı üzrə istifadə olunması üçün əlindən gələni əsirgəmir. Bildirir ki, Laçında yetişən bitkilər tərkibinə görə çox fərqlənir. Bu bitkilərə kəklikotu, ətotu, qantəpər, çobanyastığı, zəncirotu, solmazçiçəyi, dazıotu, çaşır, qarayarpız, qurdotu və saymaqla bitməyən digərləri aiddir.

Həmsöhbətimiz bu işlə iki il əvvəl fərdi qaydada məşğul olmağa başlayıb. Sonra “Bakı Abadlıq Xidməti”nin xətti ilə ona dəstək üçün bu işə 5 nəfər də cəlb olunub: “Mövsüm yeni başlayıb, xeyli zəncirotu yığmışıq. Sonra baldırqan, yarpız, kəklikotu və digər bitkilər yığacağıq. Ötən il bu bitkiləri yığıb qablaşdırdıq və satdıq. Əvvəl sellofan torbalarda satırdıq, indi isə qablaşdırımış formada təklif edirik. İstərdim ki, gələcəkdə bu işi daha da genişləndirim, yeni işçilər cəlb olunsun”.

Osman dayı deyir ki, Laçının dağları, dərələri bulaqlarla zəngindir. Lakin işğal dönəmində istifadəsiz qalan su mənbələrimizin çoxu itib-batıb. “Biz yaşlı nəsil həmin bulaqların suyu ilə böyümüşük. Laçınımız azad olunandan sonra bir neçə bulağın yerin tapdıq, gözü tutulanları yenidən bərpa etdik. Çalışırıq bu işlərə cavanları cəlb edək ki, sərvətlərimizi tanısınlar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video