06 May 2024 20:11
173
CƏMİYYƏT
A- A+

Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO

 

Bu gündən Laçın şəhəri-Zabux kəndi və Laçın şəhəri-Qarıkaha kəndi-“Zerti” Aqro-Sənaye Parkı müntəzəm marşrut xətləri sakinlərin istifadəsinə verilib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə eksklüziv açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.

O bildirib ki, marşrutlar arasında interval əhalinin sayına uyğun olaraq müəyyən ediləcək: “Avtobuslar laçınlı sahibkar tərəfindən hər hansı bir gəlir gözlənilmədən hər gün xəttə buraxılacaq və intensiv işləyəcək. Nəzərdə tutulan istiqamət üzrə yolun uzunluğu təxminən 40 kilometrə qədərdir”.

“Gələcəkdə “Yaşıl enerji zonası” elan olunan Laçın rayonunda zamanın çağırışlarına çevik cavab verən elektrikli nəqliyyat vasitələrinin də istifadəyə verilməsi gözlənilir”, - deyə Hüseyn Quliyev əlavə edib.

Qeyd edək ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video