02 İyul 2025 19:14
550
CƏMİYYƏT
A- A+
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu çərçivəsində panel sessiyalar keçirilib  

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu çərçivəsində panel sessiyalar keçirilib  

İyulun 2-də Laçın şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu çərçivəsində “İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu”, “Şəhərsalmanın inkişafında qadınların rolu” və “Dayanıqlı inkişafda qadınların rolu” mövzularında panel sessiyalar keçirilib.

AZƏRTAC-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, “Dayanıqlı inkişafda qadınların rolu” mövzusuna həsr edilmiş panel sessiyada çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova rəqəmsal və süni zəka texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativ proseslərin inkişafı, dayanıqlı təchizat zəncirinin formalaşdırılması, eləcə də bu sahələrdə qadınların rolunun artırılması ilə bağlı fikirlərini bölüşüb.

İlhamə Qədimova bildirib ki, Azərbaycanda dayanıqlı kənd təsərrüfatına keçid prosesinin asanlaşdırılması üçün hərtərəfli dövlət proqramları və maliyyə dəstəyi alətləri tətbiq edilir. Ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənclərin və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması və innovativ layihələrdə iştirakının stimullaşdırılmasının aqrar siyasətin əsas hədəflərindən olduğu vurğulanıb.

Aqrar sahənin transformasiyasında Azərbaycanın kənd təsərrüfatı üçün milli rəqəmsal infrastrukturu olan Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) mühüm rol oynadığını deyən nazir müavini bu sistemi kənd təsərrüfatı məlumatlarının yaradılması, toplanması, emalı və axtarışını tam avtomatlaşdıran, resurslardan optimal istifadəni, aqrar xidmətlərin tam rəqəmsallaşdırılmasını təmin edən və sektorun bütün səviyyələrində real vaxt rejimində analitik, monitorinq və sübuta əsaslanan qərarların qəbulunu dəstəkləyən vahid elektron platforma adlandırıb. İlhamə Qədimova qeyd edib ki, hazırda EKTİS-də qeydiyyatdan keçən 700 mindən çox fermerin 26 faizdən əksəriyyətini qadınlar təşkil edir. Nazir müavini süni intellektin tətbiqi yolu ilə EKTİS-in təkmilləşdiriləcəyini, tətbiq edilən yeniliklərin qadınlara və gənclərə real vaxt rejimində daha ağıllı, sürətli və düzgün qərarlar qəbul etməyə imkan verəcəyini diqqətə çatdırıb: “Azərbaycan artıq sadəcə ənənəvi kənd təsərrüfatı məhsulları istehsal edən ölkə olmaqla kifayətlənmir, aqrar innovasiyaların hazırlanması və təqdimatı sahəsində fəal şəkildə irəliləyir. EKTİS və EKTİS 2.0 platformaları bu dəyişikliyin real nümunələridir. Süni zəka və peyk texnologiyalarına əsaslanan həmin sistemlər fermer qadınların və gənclərin daha ağıllı, çevik və davamlı qərarlar qəbul etməsinə şərait yaradır”.

Forumda gender bərabərliyi sahəsində mövcud vəziyyət, qadın sahibkarlığının inkişafı, regional gender göstəricilərinin inkişaf etdirilməsi, qadınların ekoloji fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirilməsi mexanizminin, eləcə də yaşıl iqtisadiyyatın təşviqi, iqlim dəyişikliyi ilə mübarizə, ekoloji təhsil və yenilikçi "yaşıl" texnologiyalar sahəsində ixtisaslaşma ilə bağlı fikirlər bölüşülüb.

Panel müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!