30 Mart 2024 09:50
281
CƏMİYYƏT
A- A+

Laçın sakini: 32 il əvvəl doğma yurdumu tərk etdiyim maşınla geri qayıdıram

 

Sevincimizin həddi hüdudu yoxdur. İllərdir bu günü gözləyirdik. İnanırdıq ki, bir gün qayırdacağıq. Elə o vaxtdan gətirdiyim maşını da saxlamışam, and içmişdim ki, nə olur-olsun satmayacağam və elə Laçına da bu maşınla qayıdacağam. Çox çətin, maddi sıxıntılı günlərimiz oldu, 32 ildə müxtəlif hadisələr baş verdi ancaq əhdimdən dönmədim. Nəinki özünə, heç bir detalına da toxunmamışam. Hətta münaqişə vaxtı dəyən güllərin izləri də qalmaqdadır.

Bu sözləri martın 30-da Bakının Qaradağ rayonundan doğma yurduna yola salınan keçmiş məcburi köçkün, Laçın sakini Şahlar Cəfərov AZƏRTAC-a müsahibəsində söyləyib.

Laçına qayıtmağın ən böyük arzusu olduğunu bildirən sakin ona bu xoş günləri yaşatmaqda əməyi olanları da unutmayıb: “Şükür bu günə. Bu arzumuz - ən böyük diləyimiz gerçəkləşdi. Ən gözəl illərimi, xoş uşaqlıq illərimi keçirdiyim xatirələr diyarıma - Laçınımza qayıdıram. Var olsun bu hadisələri bizə yaşadanlar. Var olsun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev. Allah şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir versin. Qazilərizə isə cansağlığı arzulayıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video