Kosmetik vasitələr qadınlarda şəkərli diabet riskini dəfələrlə artırır
Süni qaralma effekti yaradan kremlər, kosmetik vasitələr, dırnaq və saç laklarından çox istifadə edən qadınlarda şəkərli diabet riski dəfələrlə artır.
AzərTAc xarici KİV-lərə istinadən bildirir ki, ABŞ-ın Boston şəhərindəki Briqam Qadın Hospitalında aparılmış araşdırmaların nəticələri bunu təsdiq edir.
20-80 yaş arasındakı 2350 amerikalı qadının cəlb olunduğu test və araşdırmalar zamanı alimlər kosmetik vasitələrin tərkibindəki ftalatlar ilə orqanizmdəki metabolik pozuntular arasında birbaşa əlaqə aşkarlamışlar.
Kosmetik vasitələrin tərkibində ftalatların, xüsusilə də mono-benzil və mono-izobutil ftalatların çox olması qadınların orqanizmlərində şəkərli diabet riskini minimum iki dəfə artırır. Bundan başqa, çox bəzənib-düzənən, lak və kremlərdən çox istifadə edən qadınlarda insulin rezistentliyi də qeydə alınmışdır. Kosmetik vasitələrdə ftalatların miqdarı, xüsusilə də mono-n-butil ftalat və di-2-etilheksil ftalatın miqdarı normada olsa belə, qadınlarda şəkərli diabet riski 70 faiz artmışdır. Ftalatlar dırnaq və saç laklarında, kremlərdə, xüsusi kosmetik sabunlarda, bahalı şampunların tərkibindədir. Onlar xassə etibarilə insan orqanizmindəki hormonlara bənzəyirlər. Kosmetik vasitələr və parfümeriyadan çox istifadə edən qadınlarda ftalatlar yağ toxumasının metabolizminə müdaxilə edir, orqanizmdə ciddi fəsadlar yaradırlar.
İsraildəki Sinay Tibb Mərkəzinin nəzdindəki Uşaq Ekoloji Mərkəzinin alimləri isə bildirirlər ki, uşaqlarda piylənmə, təngnəfəslik və izafi çəkinin səbəbləri arasında ftalatlar çox mühüm yer tutur.
Alimlər belə kosmetik vasitələrdən və parfümeriyadan imtina etməyə çağırırlar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!