Koronavirusdan qorunmaq öz əlimizdədir
Bu barədə məlumatların azlığı bir çox hallarda əhalinin narahatlığına səbəb olur
Haqqında bu ilin əvvəlindən həyəcanla söz açılan koronavirus infeksiyasının qonşu İranda yayılması və artıq insan ölümü faktlarının olması KİV-də müəyyən maraqların toqquşmasına səbəb olub. Sosial şəbəkələrdə bir-birini təkzib edən, yaxud təkrarlayan informasiyalara laqeyd qala bilməyən insanların böyük əksəriyyəti təlaş və həyəcanla həkimlərdən, yaxınlarından soruşduğu budur: "Görəsən, danışılanlar həqiqətdir, yoxsa, bəzilərinin yaydığı şayiədir?!”
Məhz buna görə də mətbuatda maarifləndirmə materiallarının verilməsi vacib hesab edilir. Çünki məlumatların azlığı bir çox hallarda əhalinin narahatlığına səbəb olur. Bu az imiş kimi, bəzi işbazlar, hətta, bundan faydalanmaq, qazanc əldə etmək istəyirlər. Buna görə də bəzi məlumatlar təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılır.
Əvvəla, Azərbaycan Prezidentinin tapşırığına əsasən xəstəliyin ölkəmizin ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərin şəbəkəsi genişləndirilməkdədir və əhali görülən işlər haqqında rəsmi televiziya və digər mətbuat vasitələri ilə məlumatlandırılır. Bunun üçün yazılı KİV-dən çox ölkədə fəaliyyət göstərən televiziya kanallarının üzərinə daha artıq məsuliyyət düşür. Bununla belə, maarifləndirmə materialları hazırlanmalı, bu məqsədlə televiziya kanalları sağlamlıq verilişlərində xəstəliyin simptomları, insanların görməli olduğu qabaqlayıcı, profilaktik tədbirlər haqqında məlumatlar verməlidilər. İnformasiya agentliklərinin, saytların, qəzetlərin də bu virusla bağlı maarifləndirmə xarakterli materiallar vermələri çox vacibdir.
Bütün bunlarla yanaşı, Azərbaycanda virusun aşkar olunmadığı, buna yol verməmək üçün dövlət orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyü və məsələnin ciddi nəzarətdə saxlandığı şəraitdə verilən materiallar heç bir halda ajiotaja və ya narahatlığa səbəb olmamalıdır.
Məlumdur ki, Çin Xalq Respublikasında koronavirus infeksiyası aşkar edildikdən sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradılıb, bu ilin yanvar ayının 30-da Fəaliyyət Planı təsdiqlənib. Virusun yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ölkəmizə gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb.
Qonşu İranda virusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatlar yayıldıqdan dərhal sonra Azərbaycanın bu ölkə ilə sərhəd-keçid məntəqələri xüsusi rejimli fəaliyyətə keçib. Həmin məntəqələrdə sanitar-dezinfeksiya işləri aparılır. Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib.
İranda vəziyyətlə əlaqədar əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti təxirə salmaq tövsiyə edilib. Hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb, aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər.
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın aidiyyəti qurumları ilə müntəzəm olaraq təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar isə yetərincədir.
Bununla yanaşı, adətən, belə beynəlxalq miqyaslı hallar müşahidə olunan zaman ayrı-ayrı şəxslər tərəfindən təxribat xarakterli, yanlış məlumatlar dövriyyəyə buraxılır. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, əhali saxta xəbərlərə inanmamalıdır, Azərbaycana gələndə isə bununla bağlı yalnız rəsmi qurumların məlumatlarına etibar etməlidir.
Unutmaq olmaz ki, xəstəliyin simptomları aşağıdakı kimidir: soyuqdəymənin və ya qripin əlamətlərini xatırladır - halsızlıq, baş ağrısı, öskürək, bədən hərarətinin yüksəlməsi və s. Daha çox yaşlı və immuniteti zəif insanlara təsir göstərir. Bunun inkubasiya dövrü 14 gündür. Məhz bu müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır.
Xəstəliyin ən geniş yayılmış simptomu qızdırmadır. Virusa yoluxanlar, həmçinin əzələ ağrısı və tənəffüs problemindən şikayət edirlər. Diareya, ürək bulanması kimi hallar da müşahidə olunur. Əsasən damcı yolu ilə, insan öskürəndə və asqıranda keçir. Hətta istənilən çirkli yerə toxunduqda virusa yoluxma ehtimalı mümkün olur. Buna görə də çirkli yerlə təmasdan sonra əlin ağıza, buruna və ya gözə vurulması təhlükəlidir.
Profilaktik tədbirlərə fikir vermək hər bir kəsin sağlamlığının qeydinə qalmaq borcuna çevrilməlidir. Azərbaycanda hansısa yoluxma faktı qeydə alınmasa belə, hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirlərə əməl edilməsi vacibdir: xəstəliyin müşahidə olunduğu ölkələrə səfərlər təxirə salınmalıdır. Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinməli, əllər tez-tez yuyulmalıdır. Xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə riayət olunmalıdır.
Xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamlı, ağız və burunu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamalı, dərhal həkimə bildirməli, üzərlərində dezinfeksiya vasitələri gəzdirməli və ondan istifadə etməlidirlər. İnsanların çox olduğu yerlərdə, məsələn, hava limanlarında, metroda və sair ictimai yerlərdə xüsusilə ehtiyatlı olmaq lazımdır. Unutmayaq ki, koronavirusdan qorunmaq öz əlimizdədir.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!