30 Dekabr 2024 08:40
3568
SİYASƏT
A- A+
"Konstitusiya və Suverenlik İli"miz gəlir

"Konstitusiya və Suverenlik İli"miz gəlir


Yeni ilimiz "Konstitusiya və Suverenlik İli" olacaq. Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncam imzalayıb. 

Azərbaycan xalqı artıq dördüncü ildir ki, qalib xalq olmağın qürurunu yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başlayan və cəmi qırx dörd gün sonra Azərbaycan Ordusunun qalibiyyəti ilə bitən Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindən biridir. Otuz ilə yaxın Ermənistanın işğalında qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərimizi bizə bu böyük Zəfərimiz qaytardı. 

Sonrakı hadisələr göstərdi ki, qəsbkarlar ərazilərimizdən, təbii sərvətlərimizdən gözlərini birdəfəlik çəkmək niyyətində deyillər. Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan, Azərbaycanın hərbi gücü qarşısında nə qədər aciz olduğu üzə çıxan işğalçı Ermənistan, görünürdü ki, yenə xarici havadarlarına güvənir. Ancaq Azərbaycan dövlətinin və xalqının qətiyyəti bədxahların niyyətini puça çıxardı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu işğalçılara Qarabağda son zərbəni ötən ilin sentyabrında endirdi. Sentyabrın 19-20-də keçirilən birgünlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində torpaqlarımızda təxribat və terror əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçılar məğlub olaraq ağ bayraq qaldırdılar. Azərbaycan bu qalibiyyətlə suverenliyinin tam bərpasına nail oldu.

Azərbaycan dövləti erməni vandallarının otuz il ərzində məqsədli şəkildə və tamamilə dağıdaraq xarabalığa çevirdikləri Qarabağ və Şərqi Zəngəzur ərazilərində artıq dörd ildir ki, öz gücü ilə geniş və sürətli tikinti-bərpa, quruculuq işləri həyata keçirir. İşğaldan azad olunmuş ərazilərimizdə uğurla reallaşdırılan Böyük qayıdış proqramı çərçivəsində görülən işlər nəticəsində keçmiş məcburi köçkünlərin həsrətinə son qoyulur, onlar uzun illər sonra öz əzəli yurdlarına, isti ocaqlarına qovuşurlar.

Əsrlər boyu başına bəlalar gətirilmiş, yadelli işğalçıların hücumlarına məruz qalmış Azərbaycan xalqı indi tarixinin ən xoş çağlarını yaşayır. Çünki ən ali məqsədinə, ən uca amalına, ən böyük arzusuna çatıb. Müstəqil və suveren dövlətə sahibdir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncamında bildirildiyi kimi: "Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir".

Müstəqilliyinə nail olduqdan sonra Azərbaycan, ilk növbədə, özünün Konstitusiyasını qəbul etməli idi. Sözügedən sərəncamda qeyd olunur ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır: "Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi". Sənəddə vurğulanır ki, bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

"Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncamda qeyd olunduğu kimi, Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. 1990-cı illərdə Ermənistan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini münaqişə ocağına çevirdi. Silahlı erməni quldurlarının amansız hücumları böyük faciələrə səbəb oldu. Ermənistan soydaşlarımıza qarşı dəhşətli cinayətlər, kütləvi qırğınlar, soyqırımları həyata keçirməklə əzəli torpaqlarımızın 20 faizini zəbt etdi. İşğalı otuz ilə yaxın davam etdirən Ermənistan Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermədi: "Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir", - deyə sözügedən sənəddə bildirilir.

2020-ci ilin payızında Ermənistanın təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində Zəfəri və 2023-cü ilin sentyabrında uğurla həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin başçısı İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi. Beləliklə, sentyabrın 20-si Azərbaycan xalqının tarixinə hər il qürurla, iftixarla qeyd edəcəyi bayram günü kimi yazıldı.

Gələn il 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ilini qeyd edəcəyik. İnanırıq ki, "Konstitusiya və Suverenlik İli"miz dövlətimiz və xalqımız üçün yeni nailiyyətlər, sülh, əmin-amanlıq ili olacaq.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!