Kondisioner orqanlarda bir sıra patoloji prosesslərə səbəb ola bilər...
Kondisionerlərin orqanizmimizə vurduğu ziyan xeyirdən az deyil. Bu elektrik cihazlar insan sağlamlığına üçün bir sıra fəsadlar yarada bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonologiya, allerqologiya şöbəsinin müdiri, assistent Kəmalə Ağayeva universitetin mətbuat xidmətinə məlumat verib.
Həkim deyib: “Kondisioner işlək vəziyyətdə ikən ondan otağa freon tipdə qaz ayrılır ki, bu da qapalı məkanlarda insan orqanizminə mənfi təsir edir. Bu səbəbdən kondisionerdən uzun müddət istifadə etmək məsləhət deyil. Kondisioner işləyən otaqda havanı mütəmadi olaraq dəyişmək və bu otaqda maksimum iki saat qalmaq lazımdır. Ümumiyyətlə kondisionerli otaqla bayırdakı havanın temperaturu arasında fərq az olmalıdır. Kondisionerdən sui-istifadə etmək, onun vasitəsilə otaqda həddindən artıq soyuq və ya isti hava yaratmaq olmaz. Belə olduqda beyin qan dövranı, ürək, qalxanvarı vəzi xəstəlikləri olanlar, o cümlədən yüksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkənlər belə hava şəraitinə qarşı dözümsüz olurlar. İsti havalarda kondisioner ağ ciyərlərdə bir sıra ağır fəsadlara, hətta tənəffüs orqanlarında iltihabi problemlərini yaranmasına da səbəb ola bilər. Təmizlənməyən kondisionerlərdən istifadə zamanı isə allergik və ya astma kimi bir sıra xəstəliklərin sayı arta bilər. Bundan əlavə bu şəraitdə uzun zaman keçirmək ürək qan-damar sistemində, böyrək, qarın boşluğu orqanlarında patoloji prosesslərə səbəb olar. Burada söhbət yalnız soyuq havadan getmir, isti havanın da orqanizmə mənfi təsirləri var. Orqanizmdə hər hansı bir patoloji proses nəticəsində hərarət bir dərəcə yüksəldikdə, ürək döyüntülərinin sayı 10 vurğu artır. Bu isə xəstə orqanizmə patoloji təsir göstərir. Soyuq qış aylarında kondisionerin isti havası otaqda quruluq yaradır, rütubəti azaldır. Bu cür hava yuxarı tənəffüs yollarının qıcıqlanmasına, bronxospazmın yaranmasına səbəb ola bilir. Eyni zamanda, qapalı şəraitdə hava-damcı yolu ilə yoluxan kəskin respirator xəstəliklərin yayılmasına da gətirib çıxarır. Həmçinin bu cür istiliyin orqanizmə mənfi təsirlərindən biri də ürəkgetməsi ola bilər. Bunun səbəbi isə damarların genişlənməsi nəticəsində beyin və daxili orqanlardan qanın periferiyaya paylanmasıdır”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentliyə namizəd saxlanıldı - ABŞ-də
29 Aprel
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək
29 Aprel
İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq
29 Aprel
Sabah bəzi dağlıq ərazilərə dolu düşəcək
29 Aprel
Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb
29 Aprel
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!