25 İyun 2022 02:48
1079
Təhsil
A- A+
"Kommunikasiya meneceri" layihəsi çərçivəsində ADA Universitetində təşkil olunan "İctimai əlaqələr və medianın əsasları" təlim kursuna yekun vurulub

"Kommunikasiya meneceri" layihəsi çərçivəsində ADA Universitetində təşkil olunan "İctimai əlaqələr və medianın əsasları" təlim kursuna yekun vurulub

 

Mədəniyyət Nazirliyinin "Kommunikasiya meneceri" layihəsi çərçivəsində ADA Universitetində 20-24 iyun tarixlərdə keçirilən "İctimai əlaqələr və medianın əsasları" təlim kursunun bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində ixtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova çıxış edərək beş gün davam edən təlimin əhəmiyyəti barədə danışıb. Təlimin müvəffəqiyyətlə başa çatmasını vurğulayan N.İsmayılova bütün təlim iştirakçılarını təbrik edib.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva ilk olaraq universitet haqqında məlumat verib. Bildirib ki, universitet ilk layihələrini diplomatlar üçün təşkil edib, sonradan universitet genişlənərək digər dövlət qurumları ilə əlaqələr qurub və bir çox universitetlərlə anlaşma memorandumu imzalayıb. Universitetdə yeni ixtisaslar açılıb. Daha sonra bu kimi təlim proqramlarının hər zaman uğurlu olmasından danışan A.Hacıyeva deyib: "Əminəm ki, siz, əslində, çox təcrübəli insanlarsız, neçə illərdir hərəniz müxtəlif təşkilatlarda çalışırsız, amma buna baxmayaraq, nələrisə öyrənmək istəyiniz sizi bura qədər gətirdi. Biz ilk dəfə deyil ki, Mədəniyyət Nazirliyi ilə birgə belə bir layihələr təşkil edirik. Düşünürəm ki, indi sizə veriləcək sertifikatlar sizin üçün bu təlimdən gözəl bir xatirə olaraq qalacaq".

"Bu layihənin gerçəkləşməsində Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadənin çox böyük rolu var. Biz təkliflər versək də bu rəhbərlik tərəfindən təsdiqlənməli, nazirliyin rəhbərliyi bu layihəni dəstəkləməli idi. Düşünürəm ki, buna nail ola bildik və birgə gözəl, önəmli bir layihə ərsəyə gətirə bildik. Keçirilən təlimlər "Ünsiyyət və netvörkinq bacarıqları", "Ənənəvi və sosial media ilə işləmək bacarıqları", "Kommunikasiya planının qurulması", "Media işçiləri üçün əsas nitq və yazı bacarıqları", "İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü" mövzularını əhatə edib. 16 regionun iştirak etdiyi təlimlərin proqramı tək bilik qazanmaqdan ibarət deyil, insanlarla şəbəkələr qurmaq, dost olmaq, kommunikasiya qurmaq bacarığı haqqındadır", - deyə "Kommunikasiya meneceri" layihəsinin koordinatoru, Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev bildirib.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bu layihənin uğurla bitməsini vurğulayaraq bildirib ki, birlikdə çox önəmli bir layihə icra olundu və uğurla yekunlaşdı: "Layihə hər kəsdə böyük maraq yarada bilib. Bu ilk olaraq bizim pilot layihəmizdir. Layihə Mədəniyyət Nazirliyinin strateji kommunikasiya siyasətinin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi, o cümlədən ictimaiyyətlə, media subyektləri və nümayəndələri ilə münasibətlərin möhkəmləndirilməsi, eləcə də əlaqələrin genişləndirilməsi, həmçinin sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır. Biz çox istəyərdik ki, region idarələr ayrılıqda öz kommunikasiya işini görərək media ilə müştərək və həmçinin müstəqil şəkildə bu işi qura bilsinlər".

ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbində kommunikasiya və rəqəmsal media proqramının rəhbəri, layihənin təlimçisi Şəfəq Mehrəliyeva Azərbaycanın ümumbəşəri mədəni irsdə yerinin fasiləsiz yüksəlməsindən, eləcə də UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısında Azərbaycan məkanlarının adlarının sürətlə çoxalmasından danışaraq, "Kommunikasiya meneceri" layihəsi barədə təəssüratlarını bölüşüb.

Qeyd edək ki, beş gün davam edən təlimlərə yerli və xarici mütəxəssislər cəlb olunub. Təlimləri ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbində kommunikasiya və media proqramının rəhbəri Şəfəq Mehrəliyeva aparıb.

Onu da vurğulayaq ki, kommunikasiya menecerləri media, sosial media və ictimaiyyət ilə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdıqları qurumların tədbir və layihələrinin mediada işıqlandırılmasını, qurumların fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini təmin edəcəklər.

Sonda təlim iştirakçıları sertifikatlarla təltif olunub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!