Köçkünlərin müayinə və müalicəsi asanlaşacaq
24 ildir ki, doğma yurdumuzdan didərgin düşmüşük. Var olsun dövlətimizi, bizə hər cür qayğı göstərib, eləcə də mənzil-məişət şəraitimizi yaxşılaşdırıb. İndi geniş və rahat mənzillərdə yaşayırıq. Yurd həsrətindən başqa heç bir problemimiz qalmayıb.
Məcburi köçkün həyatı yaşayan hər bir kəlbəcərli mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicə üçün zəruri pulsuz dərmanlarla təmin edilir. Gəncədə fəaliyyət göstərən Kəlbəcər rayon xəstəxanasının maddi-texniki bazasının möhkəmləndirilməsi də həmişə diqqət mərkəzində olub. Lakin xəstəxanada bəzi şöbələrin olmaması müəyyən problemlər yaradırdı. Bu günlərdə bu da aradan qaldırıldı: səhiyyə ocağında daha iki - cərrahiyyə və mama-ginekologiya şöbələri istifadəyə verildi. Hər iki şöbə üçün yeni bina inşa edilib və müasir tibb avadanlıqları ilə təmin olunub. Daha kəlbəcərlilər cərrahiyyə əməliyyatları və ginekoloji müayinələr üçün başqa xəstəxanalara, rayon və ya şəhərlərə getmək məcburiyyətində qalmayacaqlar. Artıq hər iki şöbə üzrə tibbi xidmət təcrübəli həkimlər tərəfindən həyata keçirilir. Göstərilən diqqətə və yaradılan şəraitə görə kəlbəcərlilər ölkə başçısına minnətdardırlar.
Bəşir BƏŞİROV,
Gəncədə məskunlaşmış Kəlbəcər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!