Kitabı sevin və sevdirin...
Hər ilin yay aylarında Qusarda kitab bayramı keçirilir. Sayca doqquzuncu olan builki bayramda minlərlə kitabsevər iştirak etdi. Mən də onların arasında idim.
Ali təhsilim olmasa da, uşaqlıqdan kitaba bağlanmışam. Rayon yerində axşamlar, əsasən də qışda kitab oxumaq insana ruh yüksəkliyi gətirir.
Düzdür, internet əsridir, kompüter və ya mobil elektron cihazlar vasitəsilə haradan istəsən, məlumat toplamaq, nə haqqında desən, informasiya almaq mümkündür. Bununla belə, N.Nərimanov adına istirahət parkında keçirilən növbəti kitab bayramında da minlərlə insan iştirak edirdi. Bircə diqqəti çəkən onların arasında gənclərin sayının nisbətən az olması idi. Amma uşaq və yeniyetmələr çox idi. Valideynlərin uşaqlarını bu bayrama gətirməsi onların övladlarında mütaliəyə maraq yaratmaq istəyindən xəbər verirdi. Bu da, əlbəttə, təqdirəlayiqdir.
Tədbirdə müxtəlif mövzularda 3 mindən çox kitab nümayiş edildi. Kitab bayramının təşkilində məqsəd mütaliəyə marağı artırmaqdır. Bu baxımdan elə tədbir zamanı 100-ə yaxın rayon sakininin kitabxanaya üzv yazılması əlamətdar haldır.
Bir də üzümü valideynlərə tutub demək istəyirəm ki, yay - istirahət, tətil aylarında uşaqların kitab oxumasına nail olun. Özü də bunu düşünülmüş, planlı şəkildə edin. Nəzərə alın ki, mütaliə uşaqların söz ehtiyatının artmasında, bədii təxəyyüllərinin, zövqlərinin, o cümlədən dünyagörüşlərinin yüksəlməsində müstəsna əhəmiyyətə, təsirə malikdir. Kitab oxumayan, söz ehtiyatı kasad insanlar hiss və düşüncələrini belə düzgün və dolğun izhar etməkdə çətinlik çəkirlər. Odur ki, kitabı həm sevin, həm də başqalarına, xüsusən də uşaqlara sevdirin.
Dilarə ŞAXVERDİYEVA,
Qusar
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!