07 Avqust 2022 00:25
689
Elm və texnika
A- A+
Kinoteatrlarda sevilən qəlyanaltı

Kinoteatrlarda sevilən qəlyanaltı

 

Kinoteatrların əvəzedilməz qəyanaltılarından olan, ətri uzaqdan belə duyulan popkornların tarixi də qədimlərə gedib çıxır. Araşdırmalara görə, qarğıdalı qədimdə Meksikanın cənub-qərbində yabanı bitki kimi yetişib. Ehtimal edilir ki, bu, yeyilə bilən bitki kimi təxminən 9 min il əvvəldən becərilir.

2012-ci ildə arxeoloqlar Peruda popkornun ilk nümunələrinə rast gəliblər. Partlayan növdən olan bu qarğıdalı dənələrinin 6 minillik tarixi olduğu bildirilir. Qurudulmuş dənələrin ən sadə texnologiyalarla hazırlanıb istehlak edilə bilməsi nəticəsində popkorn ilk qəlyanaltılardan biri sayılır..

Bugünkü popkornlar erkən qəbilələrin bir neçə müxtəlif qarğıdalı növlərinin min illər ərzində becərilməsinin nəticəsidir. XIX əsrdə amerikalılar qarğıdalıdan bir çox məhsullar hazırlamağa başlamışdılar. Hazırkı popkornların yaranması da məhz bu dövrdən başlayır.

1875-ci ildə ABŞ-ın Kentukki ştatının sakini Frederik Myers qarğıdalı bişirən cihazı patentləşdirib. Popkornları partladan maşını isə 1885-ci ildə Çarlz Kretors ixtira edib. Buxarlı mühərriklə işləyən bu qurğuda qarğıdalı dənələri kərə yağında partladılırdı. Sonralar Kretors popkornu yağlayan və duzlayan mexanizmi taparaq onu təkmilləşdirib.

Popkornun kinoya yol alması isə 1920-ci illərdən sonra başlayır. Həmin vaxtlarda Amerikada kinoteatrların populyarlaşması qəlyanaltı satıcılarının da öz piştaxtalarını kinozalların binaları qarşısına daşımasına səbəb olub. Belə ki, satıcılar izdihamı bir satış fürsətinə çevirərək kinoya gələnlərə popkorn təklif ediblər. Lakin çox keçmir ki, yerə tökülən və yapışqanlıq yaradan yağlı popkornlar kinoteatrların qiymətli kilimlərini yararsız hala salır. Buna görə də əksər kinoteatrlar qəlyanaltı və içkilərlə içəri daxil olmağı qadağan edir.

Sonrakı vaxtlarda maliyyə problemi yaşayan kinoteatrlar lobbilərinin bir hissəsini popkorn və qəlyanaltı satıcılarına icarəyə verməyə başlayıblar. Bununla da qadağa ləğv edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!