Kəndlinin xərcini-qazancını sayan vaxtıdır
Ölkənin ümumi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar nəticəsini verir. Qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatında icra edilən islahatlar yüksək göstəricilərlə fərqlənir ki, bu da həm daxili tələbatın ödənilməsində, həm də ixracda özünü göstərir.
Payız kəndlinin nə qazanıb-nə itirdiyinin hesabatını apardığı fəsildir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu il aqrar sektorda bol məhsul istehsal olunub və bu hesaba kəndli yaxşı qazanc əldə edib. Açıqlanan rəqəmlərdən aydın olur ki, cari ilin yanvar-oktyabr aylarında istehsal olunan kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri 6 milyard 203 milyon manatdan çoxdur.
Bunun 3 milyard 135,1 milyon manatı heyvandarlıq, 3 milyard 68,7 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında məhsul istehsalı 5, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6, bitkiçilik məhsulları üzrə 7,4 faiz artıb.
Bitkiçilikdə ən çox məhsul artımı pambıqçılıq sahəsində qeydə alınıb. Noyabr ayının 1-i vəziyyətinə ölkə üzrə 188 min ton məhsul yığılmaqla ötən ilin müvafiq dövrünə nisbətən 21,8 faiz artıma nail olunub. Hesabat dövründə, həmçinin meyvə və giləmeyvə, üzüm, yaşıl çay yığımında da artım əldə edilib.
Dənli bitkilər, o cümlədən buğda istehsalı strateji əhəmiyyət daşıyır. Buna görə dövlət daim taxılçılığın inkişafına hərtərəfli dəstək verir. Noyabrın 1-dək payızlıq, yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,8 faizi biçilib, sahələrdən 3 milyon 57,7 min ton və ya keçən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülüb.
Digər sahələrə gəldikdə, tərəvəzçilikdə keçən ilin müvafiq dövrünə nisbətən 5,6, bostançılıqda 8,2 faiz artım olub. Məhsul istehsalının artmasında istixanaların rolu danılmazdır. Söz düşmüşkən, cari ilin oktyabr ayının 1-nə olan məlumata görə, ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2910 vahid istixana fəaliyyət göstərir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 3,4, onların sahəsində isə 6,9 faiz artım qeydə alınıb. Bunun nəticəsidir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 13,2, xiyarın istehsalı 15,2 faiz artıb.
Tərəvəzçilikdə məhsul istehsalının artmasında yeni yaradılan aqroparklar da önəmli rol oynayır. Məlum olduğu kimi, ölkə üzrə ümumilikdə 192 min hektar sahədə 45 aqroparkın yaradılması nəzərdə tutulub. Onların bəziləri artıq fəaliyyət göstərir, ilin sonunadək isə işləyən aqroparkların sayı 13-ə çatacaq. Onu da qeyd edək ki, aqroparkların bir üstünlüyü də mövsümi deyil, ilboyu məhsul istehsal etməklə məşğul olmalarıdır.
Bir neçə fakt da heyvandarlıq barədə: bu sahə üzrə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə diri çəkidə ət istehsalı 3,1, süd istehsalı 2,2 faiz artıb. Baramaçılıqda isə ən yüksək rekord qeydə alınıb. Belə ki, hesabat dövründə 514 ton barama istehsal olunaraq son 20 ilin ən yüksək göstəricisi əldə edilib.
Rüstəm KAMAL,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DSX: Mina partlayışı nəticəsində xəsarət almış hərbçiyə zəruri tibbi yardım göstərilib ...
29 Aprel
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” – konfrans ...
29 Aprel
İstanbulun Taksim meydanında 1 May nümayişi keçirilməsi qadağan edilib
29 Aprel
Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri: Azərbaycanla birgə əməkdaşlıqda maraqlıyıq ...
29 Aprel
Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb...
29 Aprel
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29 Aprel
DSMF Britaniyada 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb
29 Aprel
Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib YENİLƏNİB ...
29 Aprel
May-avqust aylarında keçiriləcək imtahanlar isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq ...
29 Aprel
Azərbaycanın xarici işlər naziri Qətərə işgüzar səfərə gedib
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!