06 Mart 2026 01:54
2054
Fərmanlar
A- A+
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6-1-ci hissəsində nəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin "Elektron kənd təsərrüfatı" informasiya sisteminin "aqrar ticarət (tapaqro)" altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatların ötürülməsi məqsədilə həmin informasiya sistemi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasını təmin etsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədilə ayrılmış vəsaitin 10 000 000 (on milyon) manatlıq hissəsinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan kreditlərin faizlərinin maliyyələşdirilməsi üçün istifadə edilməsi ilə bağlı tədbirlər görsün;

2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan kreditlərin faizlərinin maliyyələşdirilməsi məqsədilə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.0.3-cü yarımbənddə ikinci halda "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

3.2. 3-cü hissə üzrə:

3.2.1. 3.0.1-ci, 3.0.1-1-ci və 3.0.2-ci yarımbəndlərdə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

3.2.2.  3.0.10-cu yarımbənddə "kredit təşkilatlarının" sözləri "təşkilatların" sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570 (Cild I); 2024, № 8, maddə 942; 2025, № 11, maddə 1018) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissə üzrə:

4.1.1.  1.3-cü bənddə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.1.2.  1.4-cü bəndin ikinci cümləsində və 1.6-cı bənddə "kredit təşkilatlarının" sözləri "təşkilatların" sözü ilə əvəz edilsin;

4.1.3.  1.5-ci bənddə "kredit təşkilatlarının" sözləri "müvəkkil təşkilatların" sözləri ilə əvəz edilsin;

4.2. 3-cü hissə üzrə:

4.2.1. adında "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.2.2.  3.1-ci bənd üzrə:

4.2.2.1. birinci cümlədə "kredit təşkilatları ilə" sözləri "təşkilatlarla" sözü ilə əvəz edilsin;

4.2.2.2. ikinci cümlədə "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.2.2.3. üçüncü cümlədə "kredit təşkilatının" sözləri "təşkilatın" sözü ilə əvəz edilsin;

4.2.2.4. dördüncü cümlədə "kredit təşkilatlarının" sözləri "təşkilatların" sözü ilə əvəz edilsin;

4.2.3. 3.3-cü bənd üzrə:

4.2.3.1. birinci cümlədə hər üç halda "kredit təşkilatlarının" sözləri "təşkilatların" sözü ilə, "kredit təşkilatlarına" sözləri "təşkilatlara" sözü ilə əvəz edilsin;

4.2.3.2. ikinci cümlədə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.2.4.  3.3-1-ci bənddə "kredit təşkilatına" sözləri "təşkilata" sözü ilə, "kredit təşkilatlarına" sözləri "təşkilatlara" sözü ilə əvəz edilsin;

4.2.5.  3.4-cü bənddə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.2.6.  3.5-ci bənd üzrə:

4.2.6.1. birinci cümlədə "kredit təşkilatlarının" sözləri "təşkilatların" sözü ilə əvəz edilsin;

4.2.6.2. ikinci, üçüncü və dördüncü cümlələrdə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.2.7.  3.6-cı bənd üzrə:

4.2.7.1. birinci cümlədə "kredit təşkilatının" sözləri "təşkilatın" sözü ilə, "kredit təşkilatı" sözləri "müvəkkil təşkilat" sözləri ilə, "kredit təşkilatından" sözləri "müvəkkil təşkilatdan" sözləri ilə, "kredit təşkilatına" sözləri "təşkilata" sözü ilə əvəz edilsin;

4.2.7.2. ikinci cümlədə "kredit təşkilatının" sözləri "müvəkkil təşkilatın" sözləri ilə, "kredit təşkilatına" sözləri "təşkilata" sözü ilə əvəz edilsin;

4.2.8.  3.7-ci bənddə "kredit təşkilatına" sözləri "müvəkkil təşkilata" sözləri ilə, "müvəkkil kredit təşkilatının" sözləri "həmin müvəkkil təşkilatın" sözləri ilə əvəz edilsin;

4.3. 4-cü hissə üzrə:

4.3.1.  4.1-ci bənd üzrə:

4.3.1.1. birinci cümlədə "kredit təşkilatına" sözləri "təşkilata" sözü ilə əvəz edilsin;

4.3.1.2. ikinci cümlədə "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.3.1.3. üçüncü cümlədə "kredit təşkilatlarında" sözləri "təşkilatlarda" sözü ilə əvəz edilsin;

4.3.2.  4.2-ci bəndin birinci cümləsində "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.3.3.  4.3-cü bənddə "kredit təşkilatına" sözləri "təşkilata" sözü ilə əvəz edilsin;

4.3.4.  4.4-cü bənd üzrə:

4.3.4.1.  birinci, üçüncü və dördüncü cümlələrdə "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.3.4.2. ikinci cümlədə "kredit təşkilatının" sözləri "təşkilatın" sözü ilə əvəz edilsin;

4.3.5.  4.4-1-ci bənd üzrə:

4.3.5.1.  üçüncü cümlədə "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.3.5.2. dördüncü cümlədə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.3.5.3. beşinci cümlədə "kredit təşkilatına" sözləri "təşkilata" sözü ilə, "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.3.6.  4.4-2-ci bənd üzrə:

4.3.6.1. birinci cümlədə "kredit təşkilatına" sözləri "təşkilata" sözü ilə, "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.3.6.2. ikinci cümlədə "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.3.7.  4.5-ci bənddə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.4. 5-ci hissə üzrə:

4.4.1.  5.7-ci bənd üzrə:

4.4.1.1. birinci cümlədə "kredit təşkilatlarına" sözləri "təşkilatlara" sözü ilə əvəz edilsin;

4.4.1.2. ikinci cümlədə "kredit təşkilatlarının" sözləri "təşkilatların" sözü ilə əvəz edilsin;

4.4.2.  5.8-ci bəndin birinci cümləsində "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.4.3.  5.9-cu bənddə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə, "kredit təşkilatları ilə" sözləri "müvəkkil təşkilatlarla" sözləri ilə əvəz edilsin;

4.5. 5-1-ci hissə üzrə:

4.5.1.  5-1.1-ci bəndin birinci abzasında "kredit təşkilatlarına" sözləri "təşkilatlara" sözü ilə əvəz edilsin;

4.5.2.  5-1.2-ci bənddə "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə, "kredit təşkilatına" sözləri "təşkilata" sözü ilə əvəz edilsin;

4.5.3.  5-1.3-cü bənddə "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.6. 6-cı hissə üzrə:

4.6.1.  6.1.2-ci yarımbənddə və 6.1.3-cü yarımbəndin birinci cümləsində "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.6.2.  6.1-1-ci bəndin birinci abzasında  "kredit təşkilatlarının" sözləri "müvəkkil təşkilatların" sözləri ilə əvəz edilsin;

4.6.3.  6.1-4-cü bəndin birinci cümləsində "kredit təşkilatına" sözləri "müvəkkil təşkilata" sözləri ilə əvəz edilsin;

4.6.4.  6.2.2-ci və 6.2.3-cü yarımbəndlərdə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.6.5.  6.2-1-ci bəndə "sistemində" sözündən sonra "(bundan sonra - EKTİS)" sözləri əlavə edilsin;

4.7. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

"6-1. Müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına verilən kreditlərin faizlərinin maliyyələşdirilməsi

6-1.1. Kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 (bir) il müddətinədək verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Agentliyin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin edilir.

6-1.2. Bu Qaydanın 6-1.1-ci bəndində nəzərdə tutulmuş kreditlərin illik faiz dərəcəsinin Agentliyin vəsaiti hesabına maliyyələşdirilən hissəsi və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 2.4.5-ci yarımbəndinə uyğun olaraq müəyyən edilir.

6-1.3. Sahibkarlıq subyektləri bu Qaydanın 6-1.1-ci bəndi ilə müəyyən edilmiş güzəştli kreditlərin verilməsi üçün müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) rəsmi qaydada müraciət edirlər. Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən müraciətlərin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günündən gec olmayaraq, kredit riskləri təhlil olunmaqla kreditin verilməsi barədə qərar qəbul edilir, yaxud sahibkarlıq subyektlərinə əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir). Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları (kreditin məbləği, təyinatı, istifadə dövrü və sahibkarlıq subyektinin EKTİS-də qeydiyyatı barədə) və sənədləri Agentliyə təqdim edir. Təqdim edilən məlumatların bu Qaydanın 6-1.2-ci bəndinə əsasən müəyyən edilmiş göstəricilərə uyğunluğu Agentlik tərəfindən 10 (on) iş günü müddətində yoxlanılaraq, veriləcək kredit məbləğinə mütənasib hesablanan faiz məbləği təsdiqlənir və ya müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir). 

6-1.4. Bu Qaydanın 6-1.1-ci bəndində nəzərdə tutulmuş qaydada ayrılan kredit məbləği müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektinin kart hesabına (hüquqi şəxsin cari hesabına) köçürülür və nağdlaşdırılmadan istifadə olunur. Sahibkarlıq subyekti kredit vəsaitini, bu Qaydanın 6-1.1-ci bəndinə uyğun olaraq, onun müraciəti zamanı bəyan edilmiş təyinat üzrə EKTİS-in "aqrar ticarət (tapaqro)" altsistemi vasitəsilə təchizatçıların hesablarına köçürür. Kredit müqabilində müvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər təhvilverənin razılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilir. 

6-1.5. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə əsas borclarını və faiz borclarının Agentliyin vəsaiti hesabına maliyyələşdirilməyən hissəsini müqavilə şərtlərinə uyğun olaraq ödəməlidirlər. Agentlik verilmiş kreditlər üzrə faizlərin maliyyələşdirdiyi hissəsinin hesablanmasını və həmin hissə üzrə rübdə 1 (bir) dəfədən gec olmayaraq ödənişlərin həyata keçirilməsini təmin edir. Agentlik hesablanan faiz borcunun maliyyələşdirilən hissəsi istisna olmaqla, müqavilə üzrə hər hansı başqa öhdəlik və məsuliyyət daşımır.

6-1.6. Bu Qaydanın 7-ci hissəsinə uyğun olaraq həyata keçirilən monitorinq zamanı kredit vəsaitindən 3 (üç) ay müddətində istifadə edilməməsi və ya təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Agentlik tərəfindən faizlərin maliyyələşdirilən hissəsinin hesablanması və ödənilməsi dayandırılır. 

6-1.7. Bu Qaydanın 6-1.6-cı bəndində nəzərdə tutulmuş halda ödənilmiş güzəşt vəsaiti müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən Agentliyə qaytarılır. Agentliyin yazılı tələbindən sonra müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla)  30 (otuz) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün normativ hüquqi aktlarda nəzərdə tutulmuş tədbirləri görür. Qaytarılan vəsaitdən bu Qaydanın məqsədlərinə uyğun istifadə edilir.

6-1.8. Bu Qaydanın 6-1.7-ci bəndinə uyğun olaraq Agentliyə qaytarılmış vəsait müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektindən tələb edilir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində faizlərinin bir hissəsi Agentlik tərəfindən maliyyələşdirilən kreditlər verilmir.";

4.8. 7-ci hissə üzrə:

4.8.1. 7.1-ci bənd üzrə:

4.8.1.1. birinci cümlədə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.8.1.2. ikinci cümlədə "kredit təşkilatının" sözləri "təşkilatın" sözü ilə, "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.8.1.3. dördüncü cümlədə "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.8.2. 7.2-ci bəndin ikinci və üçüncü cümlələrində "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin;

4.8.3. 7.5-ci bənd üzrə:

4.8.3.1. birinci cümlədə "kredit təşkilatlarının" sözləri "təşkilatların" sözü ilə, "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.8.3.2. ikinci cümlədə "kredit təşkilatları" sözləri "təşkilatlar" sözü ilə əvəz edilsin;

4.8.4.  7.6-cı bənd üzrə:

4.8.4.1. birinci cümlədə "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə, "kredit təşkilatının" sözləri "təşkilatın" sözü ilə əvəz edilsin;

4.8.4.2. ikinci cümlədə "kredit təşkilatı" sözləri "təşkilat" sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1356; 2025, № 2, maddə 137, № 7, maddə 642) ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci hissə üzrə:

5.1.1. aşağıdakı məzmunda 1.2.5-1-ci yarımbənd əlavə edilsin:

"1.2.5-1. aqrotexniki xidmətlər bitkiçilik məhsullarının istehsalı prosesində satın alınan aqrotexniki tədbirlər;";

5.1.2. 1.2.8-ci yarımbəndə "keçirən" sözündən sonra ", həmçinin aqrotexniki xidmətlər göstərən" sözləri əlavə edilsin.

5.2. 2.4.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4.5-ci yarımbənd əlavə edilsin: 

"2.4.5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6-1-ci hissəsinə uyğun olaraq verilən kreditlərin illik faiz dərəcəsinin maliyyələşdirilən hissəsinin və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısının təsdiqi.";

5.3. 3.12-ci bəndin üçüncü cümləsində "kredit təşkilatlarının" sözləri "təşkilatların" sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I); 2024, № 6 (I kitab), maddələr 654, 679, № 8, maddə 937, № 12 (II kitab), maddə 1359) ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3-cü hissə üzrə:

6.1.1.  3.1.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.1.7-ci yarımbənd əlavə edilsin:

"3.1.7. "aqrar ticarət (tapaqro)" altsistemi.";

6.1.2.  3.2.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.7-ci yarımbənd əlavə edilsin: 

"3.2.7."aqrar ticarət (tapaqro)" altsistemi vasitəsilə istehsalçıların istehsal etdikləri kənd təsərrüfatı məhsullarına və aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammal tələbatına dair məlumatların əks etdirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, dirəklər, damazlıq heyvanlar, mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid) və aqrotexniki xidmətlərin satın alınması, həmçinin həmin xidmətlər üzrə verilən subsidiya və güzəştlərdən istifadəyə nəzarət edilməsi.";

6.2. 5.1-ci bənd üzrə:

6.2.1.  5.1.10-cu yarımbənddən "(kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, damazlıq heyvanlar, suvarma sistemləri dəsti və avadanlığı)" sözləri çıxarılsın;

6.2.2.  5.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"5.1.15. kənd təsərrüfatı istehsal vasitələrinin alınması və (və ya) qurulması, həmçinin aqrotexniki xidmətlərdən istifadə üzrə həyata keçirilən ödənişlər barədə məlumatlar və həmin məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər (təhvilverənin razılığı ilə);";

6.2.3.  5.1.32-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.33-cü yarımbənd əlavə edilsin:

"5.1.33. aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammal tələbatı və istehsalçıların istehsal etdikləri kənd təsərrüfatı məhsulları barədə məlumatlar.";

6.3. 7.1-ci bənd  üzrə:

6.3.1.  7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 21-ci abzas əlavə edilsin:

"21. subsidiyalar və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6-1-ci hissəsinə uyğun olaraq verilən vəsaitlər üzrə ödənişləri bu Əsasnamənin 7.6-cı bəndində nəzərdə tutulan qaydada həyata keçirmək;";

6.3.2.  7.1.11-ci yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.12-ci yarımbənd əlavə edilsin: 

"7.1.12. banklar və bank olmayan kredit təşkilatları:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. subsidiyalar və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"na uyğun olaraq verilmiş kredit və digər ödənişlər barədə məlumatları daxil etmək.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 mart 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:26
22 Aprel

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:23
22 Aprel

“Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 215 nömrəli Qərarının ləğv edilməsi barədə

01:21
22 Aprel

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:20
22 Aprel

“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilməsi və çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında (qurumlarında) çağrı xidmətlərinin təşkili barədə

01:17
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" (Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:16
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Bahar Muradova: Sosial şəbəkələrin zərərlərinin aradan qaldırılması üçün səyləri birləşdirməliyik

23:09
21 Aprel

“Zirə” Azərbaycan Kubokunda finala yüksəlib

22:36
21 Aprel

Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub  

22:19
21 Aprel

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazanıb  

21:29
21 Aprel

Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması məqsədilə yeni tərəfdaşlıq sənədi imzalanıb

21:16
21 Aprel

Dünyada neft qiymətlərində azalma müşahidə olunub

21:14
21 Aprel

Avstraliyada qaz vergisi ilə bağlı müzakirələr genişlənir

21:01
21 Aprel

“PlayStation”da yaş məhdudiyyəti

20:52
21 Aprel

Xarici işlər nazirləri ABŞ və İran arasındakı danışıqları müzakirə ediblər

20:43
21 Aprel

“Titanik”in yadigarı xilasedici jilet rekord qiymətə satılıb

20:31
21 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib

20:24
21 Aprel

Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  

20:01
21 Aprel

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

19:49
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!