30 Mart 2024 09:48
248
CƏMİYYƏT
A- A+

Keçmiş məcburi köçkün: Biz Laçında yeni bir həyata başlamalıyıq

 

Bu, gözəl, təssəvüredilməz bir hissdir. Bizə bu hissi yaşadan Ali Baş Komandana uca Allahdan uzun ömür, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram.

Bu sözləri martın 30-da Bakının Qaradağ rayonundan doğma yurduna yola salınan keçmiş məcburi köçkün, Laçın şəhər sakini, AMEA-nın əməkdaşı Faiq İsmayılov AZƏRTAC-a açıqlamasında söyləyib.

“Şükürlər olsun ki, biz bu gün artıq 32 illik həsrətdən sonra Laçına qayıdırıq. Bu, yeni bir dövr deməkdir və biz orda yeni bir həyata başlamalıyıq. Mən özüm milli mənəvi dəyərlər üzrə tədqiqatçıyam və hesab edirəm ki, mənim üçün bundan yaxşı fürsət ola bilməz. Çalışacağam ki, Azərbaycanın bölgələri xüsusən də Şərqi Zəngəzur və Qarabağ haqqında daha geniş, daha müfəssəl araşdırmalar aparım”, - deyə Faiq İsmayılov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video