12 Aprel 2014 01:04
535
Təhsil
A- A+
«Kaspi» Təhsil Mərkəzi üç yeni layihəsini təqdim etmişdir

«Kaspi» Təhsil Mərkəzi üç yeni layihəsini təqdim etmişdir

 

Aprelin 11-də Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" Təhsil Mərkəzinin "Təhsildə müasir texnologiyalar-perspektivlər" mövzusunda tədbiri keçirilmişdir. Bir sıra nazirlik və qurumların, ali məktəb nümayəndələrinin, Milli Məclisin deputatlarının və KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə təhsildə innovativ texnologiyalardan səmərəli istifadə ilə bağlı yeni layihələr təqdim olunmuşdur.

"Kaspi" Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva tədbirdə 3 böyük layihənin təqdim olunduğunu bildirmişdir. O, bu layihələrin təhsildə keyfiyyətin yüksəldilməsi üçün müasir üsullardan biri olduğunu diqqətə çatdırmışdır. Sona Vəliyeva bu layihələr üzərində uzun illərdir iş aparıldığını və böyük bir kollektivin əməyinin bəhrəsi olduğunu demişdir.

Sona Vəliyev qeyd etmişdir ki,  son 3 ildə elektron təhsil sahəsində bir sıra layihələr həyata keçirmiş "Kaspi" Təhsil Mərkəzi bu layihələrin davamı kimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda və ölkədən kənarda yaşayan 5-10 yaşlı uşaqlara əlifba və ana dilindəki ilkin anlayışları öyrənmələri üçün "Əlifbanı öyrənirəm" layihəsini hazırlamışdır. anadili.az saytı vasitəsilə interaktiv oyun şəklində hazırlanan bu layihə uşaqların əlifbanı səsli və şəkilli öyrənmələrini nəzərdə tutur. Həmçinin bu layihə onların ana dilini öyrənmələrini daha asan və əyləncəli edir. İstifadəsi sadə və rahat olan bu oyun valideynlərə uşaqlarının öyrənmə prosesini izləmək imkanı da verir. Bundan əlavə, balacalar saytın şeirlər bölməsində bir sıra uşaq şeirlərini səsli də dinləyə bilərlər.

Mərkəzin təsisçisi bundan əlavə, onlayn imtahan sistemi olan "Kaspi Test" və "Kaspi" Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün "Öyrənmənin İdarəolunması Sistemi"nin təqdim edildiyini də demişdir.

Sona Vəliyeva təsisçisi olduğu təhsil mərkəzinin yarandığı gündən indiyədək gördüyü işlərdən də danışaraq demişdir: "Biz atdığımız addımlarla dövlətin təhsil siyasətinə dəstək veririk. "Kaspi" Təhsil Mərkəzini bitirən 1120 abituriyentimiz ali məktəblərdə təhsil alır. 2015-ci ilə qədər xaricdə təhsil alması nəzərdə tutulan 5 min tələbənin uğurunda "Kaspi" Təhsil Mərkəzinin də rolu vardır".

Mərkəzin təsisçisi gələcəkdə rəhbərlik etdiyi qurum tərəfindən təhsilimizin inkişafı istiqamətində daha bir neçə layihənin həyata keçiriləcəyini də diqqətə çatdırmışdır. Bildirmişdir ki, nağılların təfəkkürün formalaşmasındakı böyük rolunu nəzərə alaraq, mərkəz gələcəkdə uşaqların milli ruhda böyümələrinə kömək edəcək Azərbaycan nağılları əsasında cizgi filmlərini də hazırlamağı planlaşdırır. 

Sonra innovativ texnologiyaların səmərəli istifadəsi ilə əlaqədar yeni layihələrin təqdimatı olmuşdur.

"Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirmişdir ki, bu gün təqdim edilən hər üç layihə mərkəz tərəfindən son 3 ildə həyata keçirilmiş elektron təhsil sahəsindəki layihələrin davamıdır. E.Əliyev qeyd etmişdir ki, "Əlifbanı öyrənirəm" layihəsinin tədrisi anadili.az saytı vasitəsilə interaktiv şəkildə aparılacaqdır. "Kaspi" Təhsil Mərkəzi abituriyent hazırlığında da yenilik edərək onlayn imtahan sistemi olan "Kaspi Test"i (www.kaspitest.com) istifadəyə vermişdir. E.Əliyev bildirmişdir ki, bu sistemin məqsədi mərkəzin təşkil etdiyi sınaq imtahanlarının onlayn qaydada keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq həmin imtahanlarda iştirak etməsidir. Bu sistem istifadəçilər üçün çox rahat olub imtahana müxtəlif cihazlardan (personal kompyuter, noutbuk və ya planşetdən) daxil olmaq imkanı verir. İstifadəçilər imtahandan dərhal sonra nəticələrini görə və təhlil edə, eləcə də keçmiş imtahan nəticələrinə baxa bilərlər. İstifadəyə verildiyi qısa müddət ərzində böyük marağa səbəb olan "Kaspi Test" imtahan sistemində respublikamızın 45 şəhərindən olan istifadəçilər qeydiyyatdan keçmişdir".

Mərkəzin direktoru qeyd etmişdir ki, "Kaspi" Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün "Öyrənmənin İdarəolunması Sistemi" - "Kaspi LMS (Learning Management System)" yaradılmışdır. Bu sistemin məqsədi müasir texnologiyalardan səmərəli istifadə edərək təhsil müəssisəsindəki öyrənmə, dəyərləndirmə və qiymətləndirmə, mesajlaşma, hesabat, nəzarət və digər prosesləri çevik və mərkəzləşdirilmiş qaydada idarə etməkdir.

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva və başqaları təqdim olunan layihələrin əhəmiyyətini vurğulamışlar. Bu layihələrin təhsil sahəsində fəaliyyət göstərən təşkilatlara və geniş ictimaiyyətə çatdırılmasının önəmi qeyd edilmişdir. Natiqlər həmçinin Azərbaycan təhsilində mərkəzin rolunu da yüksək qiymətləndirmişlər.

Tədbir müzakirələrlə davam etmişdir.

 

AzərTAc

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!