20 Noyabr 2023 17:25
390
DÜNYA
A- A+

İstifadəçilərin ən çox seçdikləri şifrələr açıqlanıb

“NordPass” şirkəti istifadəçilərin 2023-cü ildə ən çox istifadə etdikləri şifrələrin reytinqini təqdim edib. “123456” şifrəsi yenidən reytinqin birinci pilləsində qərarlaşıb. Bu isə istifadəçilərin kibertəhlükəsizlik mövzusuna necə məsuliyyətsiz yanaşdıqlarını göstərir.
Ötən il reytinqin birinci yerini tutmuş “password” şifrəsi bu il yeddinci yerdə qərarlaşıb. Təqdim edilmiş reytinq istifadəçilərin sadə və etibarsız şifrələrdən istifadə etməyə davam etdiklərini göstərir. İstifadəçilər arasında ən geniş yayılmış 200 şifrənin analizi onu göstərib ki, onlardan çoxu kibercinayətkarlar tərəfindən rahatlıqla sındırıla bilərlər.
Reytinqin ilk onluğuna daxil olan “123”, “1234”, “12345”, “12345678”, “123456789”, “1234567890”, “Aa123456” və “password” kimi şifrələr kibercinayətkarlar tərəfindən saniyələr ərzində sındırıla bilir. Təbii ki, bu reytinqdə istisnalar da var. Onlardan biri də 173-cü yerdə qərarlaşmış “theworldinyourhand” şifrəsidir. Bu şifrəni praktiki olaraq ənənəvi üsullarla sındırmaq mümkün deyil. Mümkün variantlar arasından sözügedən şifrənin fərdi şəkildə tapılmasına yüzlərlə il lazım ola bilər.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video