29 Avqust 2025 08:35
2280
Təhsil
A- A+
İstedadlı tələbələrdən biri də Nurandır

İstedadlı tələbələrdən biri də Nurandır


Hansı sahədə olursa olsun, istər işlədiyin, istərsə də təhsil aldığın yerdə seçilmək, öndə getmək üçün istedad başlıca şərtdir. İstedad və bilik insan üçün mənəvi gücdür, onu uğurlara aparan qüvvədir, gələcəyə gedən yollarında yanan, heç vaxt sönməyən işıqdır, nurdur. 

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Nuran Yaqub da istedadı ilə seçilən və tanınan gənclərdən biridir. Ədəbiyyata, söz sənətinə böyük maraq və sevgi göstərən Nuran iştirakçısı olduğu bir çox yaradıcılıq müsabiqələrində uğurlar qazanır, adı birincilər sırasında çəkilir. Qazandığı uğurlarına görə də müəllimlərinə minnətdar olduğunu deyir, onların diqqət və qayğısından ürəkdolusu danışır.

Nuranın ömür yoluna nəzər salanda öyrəndik ki, o, 26 fevral 2007-ci ildə Yevlax şəhərində dünyaya göz açıb. 2012-ci ildə şəhərdəki Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. İlk günlərdən kitablara mehrini salıb, dərslərini yaxşı oxuyub. Buna görə də həmişə yüksək qiymətlər alıb, seçilənlərdən olub. Nuran dərslərini yaxşı oxumaqla yanaşı, məktəbin ictimai həyatında da fəallıq göstərib. Keçirilən tədbirlərdə həvəslə iştirak edib. Bu bacarığına görə həm müəllimlərinin, həm də sinif yoldaşlarının hörmətini qazanıb. 

Nuran 2023-cü ildə orta təhsilini uğurla başa vurub. İllərdən bəri ürəyində əzizləyə-əzizləyə gəzdirdiyi arzusuna çatmaq üçün Bakı Dövlət Universitetinə üz tutub. Hazırlığı yüksək olduğuna görə istəyinə çatıb, bu ali təhsil ocağının Filologiya fakültəsinə qəbul olub.    

Artıq Nuran 3-cü kursda oxuyur. İkillik təhsilini yüksək qiymətlərlə, müsbət nəticələrlə başa vurub. Nuran təhsillə yanaşı, yaradıcılığa da böyük maraq göstərir. Şeir və hekayələr yazır. Dediyinə görə, poeziyadan daha çox nəsrə üstünlük verir. "Kulis.az" saytında köşə yazıları işıq üzü görür. Yazdıqlarını oxucular maraqla qarşılayır, təhkiyəsi və ifadə tərzi ilə diqqəti cəlb edir. 

Arxada qalmış illər ərzində Nuranın uğurları çox olub. O, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Elm və Təhsil, Mədəniyyət nazirliklərinin keçirdiyi "Uşaq incəsənət festivalı"nda hekayəçilik nominasiyasında 1-ci yerə çıxıb. Münsiflər heyətinin qarşısında qələmə aldığı "Qoca uşaq" hekayəsini canlandırıb. Festivalda qazandığı uğurlara görə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qazandığı uğur və layiq görüldüyü mükafatlar onu yeni zirvələr fəth etməyə həvəsləndirib.

Söhbətimiz zamanı onu da öyrəndik ki, Nuran təhsildə də fərqlənir, bir qayda olaraq imtahanlardan yüksək qiymətlər alır. Buna görə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tələbə təqaüdünə layiq görülüb. Onu da deyək ki, həmkarlar təşkilatı 100 nəfər seçilən tələbəyə təqaüd ayırıb. Həmin yüz nəfərdən biri də yaradıcılığı və fəaliyyəti haqqında qısaca söhbət açdığımız Nurandır. Tələbə qız həm də fakültə həmkarlar təşkilatının sədri kimi fəaliyyət göstərir.

Nuranın həm xarici, həm də milli ədəbiyyata marağı böyükdür. Mütaliəsi zəngin olan tələbə qız klassik və həm də müasir ədəbiyyata üstünlük verir. Azərbaycanın dahi şairləri Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin və başqalarının əsərlərini sevə-sevə oxuyur. Xarici yazıçılardan Şekspirin və Folknerin əsərlərinə üstünlük verir. Nə qədər işləri çox olsa da, Nuran müasir ədəbiyyatı oxumağa da vaxt ayıra bilir. Yazıçı və şairlərdən Şərif Ağayarın, Aqşin Yeniseyin, Qismət Rüstəmovun və başqalarının yaradıcılığını maraqla izləyir. Mütaliə ilə yanaşı, Nuran öz yaradıcılığından da qalmır. Böyük həvəslə yazıb-yaradır.

Nuran Yaqub istedadlı gəncdir, necə deyərlər, hələ parlaq gələcəyi qarşıdadır. İnanırıq ki, o, bu günə qədər qazandığı uğurlarını gələcəkdə də davam etdirəcək. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!