17 İyul 2026 14:31
605
CƏMİYYƏT
A- A+
İstanbulda COP31 çərçivəsində D-8 ölkələri nazirlərinin görüşü keçirilir

İstanbulda COP31 çərçivəsində D-8 ölkələri nazirlərinin görüşü keçirilir

COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun sədrliyi ilə Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan, Azərbaycan və Türkiyədən ətraf mühit və iqlim üzrə məsul nümayəndələr COP31 çərçivəsində D-8 təşkilatı nazirlərinin görüşü üçün bir araya gəliblər.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, görüşün açılışında çıxış edən M. Kurum Türkiyənin COP31 sədrliyinə hazırlaşdığı tarixi dövrdə D-8 ətraf mühit nazirləri görüşünün İstanbulda keçirilməsinin son dərəcə əhəmiyyətli olduğunu bildirib.

O, iyulun 16-da başlayan məsləhətləşmələrin bu gün nazirlər səviyyəsində davam etdiyini və D-8 ölkələri arasında ətraf mühit və iqlim sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün birgə addımların birlikdə qiymətləndiriləcəyini qeyd edib.

M. Kurum COP31 prosesində ortaq yanaşmanın həm də inkişaf etməkdə olan ölkələrin qlobal iqlim gündəliyində rolu ilə bağlı güclü bir mesaj göndərəcəyinə inandığını bildirib.

Nazirlər iqlim dəyişikliyinin artıq gələcək üçün risk deyil, iqtisadi inkişafa, şəhərlərə, ərzaq təhlükəsizliyinə, enerji sistemlərinə, cəmiyyətlərin rifahına birbaşa təsir edən qlobal problem olduğunu qeyd ediblər. Bununla belə, onlar iqlim dəyişikliyi ilə mübarizənin bir çox sahəsində verilən vədlərlə onların yerindəcə həyata keçirilməsi arasında hələ də əhəmiyyətli bir fərq olduğunu vurğulayıblar.

Nazir Kurum bildirib ki, Türkiyə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında etimad qurmağa, müxtəlif coğrafiyalarda dialoqu inkişaf etdirməyə çalışır.

D-8-in təsis prinsiplərinin bu gün də qüvvədə qaldığını, təşkilatın ölkələr arasında əməkdaşlığı gücləndirdiyini və bu əməkdaşlığın iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf sahələrində daha da inkişaf etdirilməsini hədəflədiyini bildirən Kurum, çıxışını yekunlaşdırıb: “Asiyadan Afrikaya və Yaxın Şərqə qədər uzanan geniş coğrafiyası və bir milyardı aşan əhalisi olan D-8 ailəsi qlobal iqlim gündəliyində xüsusi yerə və transformativ gücə malikdir. D-8-in nümayiş etdirəcəyi ortaq iradə COP31-in praktik yanaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün keçirəcəyimiz görüşlərdə bütün bunları qiymətləndirəcək və ortaq prioritetlərimizi, əsasən iqlim dəyişikliyinə uyğunlaşma, itki və zərər, iqlim maliyyəsi, ədalətli keçid və D-8 ölkələri arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəyik. Burada nümayiş etdirəcəyimiz ortaq iradənin konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsini hədəfləyirik. İnanıram ki, bu görüşün ən vacib nəticələrindən biri olan İstanbul Bəyannaməsi D-8 ölkələrinin ətraf mühit və iqlim sahəsindəki ortaq vizyonunu ortaya qoyan və keçiriləcək COP31-ə əhəmiyyətli töhfələr verəcək güclü bir siyasi iradə bəyannaməsi olacaq.

Qeyd edək ki, Azərbaycan 2024-cü il dekabrın 19-da D-8 təşkilatının doqquzuncu üzvü seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub  

17:43
15 Avqust

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu  

17:06
15 Avqust

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür  

16:53
15 Avqust

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir  

16:03
15 Avqust

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır 

16:01
15 Avqust

Xankəndi və Baia Mare qardaşlaşır 

15:35
15 Avqust

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır  

15:30
15 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:25
15 Avqust

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb  

15:20
15 Avqust

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər  

15:17
15 Avqust

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb  

14:38
15 Avqust

Amerikalı basketbolçu "Neftçi"də  

13:20
15 Avqust

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək  

13:18
15 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib  

13:16
15 Avqust

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib  

13:14
15 Avqust

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  

13:12
15 Avqust

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  

13:09
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!