30 May 2025 15:43
1331
COP29
A- A+
İstanbulda “COP29 və COP30 arasında körpü: Diplomatiya, fəaliyyət və iqlim üzrə yol xəritəsi” mövzusunda konfrans keçirilib

İstanbulda “COP29 və COP30 arasında körpü: Diplomatiya, fəaliyyət və iqlim üzrə yol xəritəsi” mövzusunda konfrans keçirilib

Mayın 30-da İstanbulda “COP29 və COP30 arasında körpü: Diplomatiya, fəaliyyət və iqlim üzrə yol xəritəsi” mövzusunda konfrans və panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu, İstanbul Konsullar Korpusu (İstanbul Consular Corps-İCC) və COP29 Prezidentliyin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə baş konsul Nərminə Mustafayeva, BMT-nin Türkiyədəki Rezident nümayəndəsi Babatunde A.Ahonsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku, İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi İsiaka Abdulqadir İmam, Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini, COP29 üzrə baş danışıqçı Fatma Varank, Enerji Səmərəliliyi Assosiasiyasının İdarə Heyətinin üzvü, “Vat enerji” şirkətinin baş direktoru Altuğ Karataş və digərləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın İstanbuldakı baş konsulu ilə D-8-in Baş katibi İsiaka Abdulqadir İmam və QDİƏT-in Baş katibi Lazar Komanesku arasında ikitərəfli görüşlər keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Nərminə Mustafayeva, Babatunde A.Ahonsi, Lazar Komanesku və İsiaka Abdulqadir İmam tədbirin COP29-un yekunlarının müzakirəsi və bu istiqamətdə gələcək fəaliyyətlər baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd edilib ki, iqlim problemlərinin həlli ortaq gələcəyimizin formalaşdırılması baxımından ən mühüm sahələrdən biridir.

Ötən il COP tədbirləri baxımından Azərbaycanın sədrliyi ilə əldə edilən uğurlu nəticələrə diqqət çəkən natiqlər COP29-un, sadəcə, bir danışıqlar platforması deyil, həm də dünyanın gələcəyinə ədalətli və əhatəli həll yanaşması olduğunu vurğulayıblar.

Çıxışlarda Azərbaycan ilə Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığının əhəmiyyəti vurğulanaraq, bunun davamlılığının vacibliyi qeyd edilib.

Hazırda Azərbaycan və Braziliyanın COP29-da əldə edilən yol xəritəsi üzərində işləri davam etdirdiyi bildirilib.

Tədbir Yalçın Rəfiyev, Fatma Varank və Altuğ Karataşın iştirakı ilə panel iclasla davam etdirilib.

Türkiyənin Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlunun moderatorluğu ilə baş tutan iclasda COP29-un yekunları və COP30 hədəfləri müzakirə olunub.

Paneldə təqdimatla çıxış edən Yalçın Rəfiyev Azərbaycanın COP29-la bağlı hədəfləri və əldə olunan nəticələr barədə danışıb.

Bildirilib ki, məhz COP29 sayəsində iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən və daha güclü bir şəkildə səfərbər edildi. COP29-un yekununda qəbul edilən qərara müvafiq olaraq, zəngin ölkələr iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələrə hər il rekord məbləğdə vəsait – 300 milyard ABŞ dolları verəcəklərini öhdəlik kimi götürüblər. Bu qərar 2035-ci ilə qədər qüvvədədir. COP29-a qədər bu məbləğ 100 milyard ABŞ dolları təşkil edirdi və heç də əlverişli şərtlərlə verilmirdi. COP29-da yeni nəticələr əldə olundu və ayrılan məbləğ indiyədək baş tutan COP-ların tarixində rekord məbləğdir.

Qeyd edilib ki, COP29 çərçivəsində əldə olunan möhtəşəm uğurlardan biri də Paris İqlim Sazişində yer alan 6-cı maddə üzrə on il davam edən danışıqların yekunlaşması oldu. Altıncı maddənin təsiri bizim gündəlik həyatımızda aydın olacaq və məhz bunun nəticəsində karbon bazarlarından maliyyə axınlarının qarşıdakı 25 il ərzində ildə 1 trilyon ABŞ dollarına çatması gözlənilir.

Fatma Varank çıxışında COP29-da Azərbaycanın çox böyük uğur əldə etdiyini vurğulayaraq deyib: “Yaxından iştirak edən bir ölkə olaraq Azərbaycanın səssiz, lakin çox təsirli bir diplomatiya ilə mükəmməl qərarlar verdiyini müşahidə etdik. Bu münasibətlə Azərbaycanı təbrik edirəm. Tədbirdə inkişaf etmiş və inkişafda olan ölkələrlə yanaşı, bütün iştirakçılara, eləcə də Türkiyəyə verilən dəstəklərə görə də təşəkkürümü ifadə edirəm. Təbii ki, əldə olunan nəticələr dünyadakı bütün problemləri həll etməyə qadir deyil, lakin COP29-la iqlim məsələləri baxımından böyük bir məsafə qət etdiyimizə inanırıq”.

Tədbir mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!