02 May 2024 11:34
102
SİYASƏT
A- A+

İslamabad Strateji Araşdırmalar İnstitutunun direktoru: Sosial media vətəndaşla dövlət arasında körpü olmalıdır  

 

Bəzi ölkələrdə sosial media müsbət siyasi amil rolunu oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İslamabad Strateji Araşdırmalar İnstitutunun direktoru Sahil Məhəmməd VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” mövzusunda panel sessiyada deyib.

Onun sözlərinə görə, bəzən sosial media əsassız məlumatların, kütləvi nifrətin yaranmasına səbəb olur: “Gənclər arasında islamofobiyanın yayılması, terrorizm kimi qlobal problemlərin inkişaf etməsi məhz sosial media ilə birbaşa bağlıdır. Bu kimi halların qarşısını almaq üçün sosial media platformalarına nəzarət etmək lazımdır. Çünki yarana biləcək potensial təhlükə olduqca böyükdür. Sosial media şirkətləri ilə əməkdaşlıq etmək məsələnin həlli istiqamətində ilk addım ola bilər. Şirkətlər öz platformalarına yeni kontent əlavə edərkən ölkələrin mədəniyyəti və dini görüşlərini nəzərə almalıdır. Eyni zamanda, nifrət dolu çıxışlar, saxta xəbərlər dərhal müəyyən edilməli, həmin platformalardan qaldırılmalı, düzgün mexanizmlər yaradılmalıdır. Bir sözlə, sosial media vətəndaşla dövlət arasında körpü olmalıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video